DÜNYA


“Rossiya seqodnya” agentliyinin “Sputnik” xəbər lenti fars dilində yayımlanacaq

Moskva, 5 fevral, AZƏRTAC

“Rossiya seqodnya” Beynəlxalq İnformasiya Agentliyi “Sputnik” xəbər lentini fars dilində yayımlayacaq.

AZƏRTAC xəbər verir ki, gün ərzində fasiləsiz yayımlanacaq xəbər lentində bütün dünyada fəaliyyət göstərən “Sputnik” müxbirlərinin fars dilində hazırladığı xəbərlər, reportajlar, oçerklər, analitik icmallar, habelə rusiyalı və əcnəbi məmurlardan, beynəlxalq təşkilatların nümayəndələrindən aldıqları müsahibələr və eksklüziv şərhlər öz əksini tapacaq.

“Sputnik Farsi News Service” xəbər lentinin işə başlaması münasibətilə Moskvada keçiriləcək təntənəli mərasimdə “Rossiya seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin baş direktoru Dmitri Kiselyov və İranın Rusiyadakı səfiri Mehdi Sənai də iştirak edəcək.

Fəridə Abdullayeva

AZƏRTAC –ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.