SİYASƏT


“Rossiyskaya qazeta” Moskvada “Heydər Əliyev: Şəxsiyyət və zaman” üçcildliyinin təqdimatı barədə məqalə dərc edib

Moskva, 13 dekabr, AZƏRTAC 

“Rossiyskaya qazeta” nəşrində Moskvada “Heydər Əliyev: Şəxsiyyət və zaman” üçcildliyinin təqdimatı barədə məqalə dərc edilib.

AZƏRTAC xəbər verir ki, qəzetdə görkəmli sovet dövlət xadimi və müstəqil Azərbaycanın dahi lideri Heydər Əliyev haqqında kitabın rusiyalı oxuculara təqdim edildiyi bildirilir. “Kitabın müəllifi, yazıçı və jurnalist Elmira Axundova on ildən artıq müddətdə materiallar toplayıb: Heydər Əliyevin uşaqlıq və gənclik dostları, doğmaları və yaxınları ilə söhbətlərin lent yazısı, tanınmış siyasət və dövlət xadimləri ilə müsahibələr, DTK-nin arxivlərində və Əliyevin şəxsi arxivində aparılan araşdırmalar. Əlbəttə ki, müəllifin əsərin qəhrəmanı ilə şəxsi tanışlığı və dostluğu kitaba emosionallıq və səmimilik verir”, -deyə məqalədə qeyd olunur.

Məqalədə müəllif Elmira Axundovanın, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun, Moskva Dövlət Universitetinin rektoru Viktor Sadovniçinin kitabın təqdimatında etdikləri çıxışlardan sitatlar gətirilib.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.