İQTİSADİYYAT


Rostov müəssisələrinin nümayəndələrinin Azərbaycana biznes-missiyası təşkil olunub

Bakı, 22 iyun, AZƏRTAC

Azərbaycan-Rusiya İşgüzar Şurası və Rusiya Federasiyasının Rostov vilayətinin Ticarət və Sənaye Palatasının dəstəyi ilə Rostovdan olan müəssisələrin nümayəndələrinin ölkəmizə biznes-missiyası təşkil olunub.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, biznes-missiya çərçivəsində kənd təsərrüfatı, gəmiqayırma, logistika, balıqçılıq, tikinti və tibb sahələrində fəaliyyət göstərən Azərbaycan və Rostovdan olan müəssisələrin nümayəndələri arasında ikitərəfli görüşlər keçirilib. Rostovdan olan nümayəndə heyəti, həmçinin Səhiyyə, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin nümayəndələri ilə görüşüb, fikir mübadiləsi aparıblar. Rostovdan olan nümayəndələr biznes-missiya çərçivəsində Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ilə tanış olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.