MƏDƏNİYYƏT


Rostropoviçlərin ev muzeyində “açıq qapı” günü təşkil edilib

Bakı, 18 may, AZƏRTAC

Mayın 18-də Leopold və Mstislav Rostropoviçlərin ev-muzeyində Beynəlxalq Muzeylər Günü münasibətilə “Hiperkommunikasiya dövründə muzeylər: yeni yanaşmalar, yeni auditoriyalar” mövzusunda tədbir keçirilib.

Muzeydən AZƏRTAC-a bildirilib ki, tədbirdə muzeyin direktoru, Əməkdar Mədəniyyət İşçisi Şeyla Heydərova muzeyin 20 illik fəaliyyəti, maestronun adını daşıyan təhsil ocaqları, xeyriyyə fondları, festivallar, müsabiqələr və digər müəssisələr ilə hiperkommunikativ əlaqələr mövzusunda məruzə ilə çıxış edib.

Tədbirdə Azərbaycan Milli Konservatoriyasının nəzdində Musiqi Kollecinin direktoru, Əməkdar İncəsənət Xadimi, professor Nazim Kazımov tərəfindən ev-muzeyinin fəaliyyətinin 20 illik yubileyi çərçivəsində gənc nəslin mənəvi inkişafı, dünyagörüşünün zənginləşməsi üçün lazımi şərait yaratdığına görə Şeyla Heydərovaya təşəkkürnamə təqdim olunub.

Qeyd olunub ki, muzeydə beynəlxalq səviyyəli bir çox tədbirlər, yubiley konsertləri keçirilir. Yubiley, ilk növbədə, ötən illərin nailiyyətləri, uğurları, cəmiyyət qarşısında görülmüş işlər barədə hesabat deməkdir.

Muzeydə gün ərzində “açıq qapı” münasibətilə gələn ziyarətçilərə fotosərgi və sənədli filmlərdən videofraqmentlər nümayiş olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.