MƏDƏNİYYƏT


“Rotunda Jazz Club”da dörd ölkənin musiqiçilərindən ibarət ansamblın çıxışı olub

Bakı, 17 oktyabr, AZƏRTAC

Oktyabrın 17-də “Rotunda Jazz Club”da Bakıda keçirilən Beynəlxalq Caz Festivalı çərçivəsində “Magne Thormodsæter Eurasia Ensemble” kollektivinin konserti olub.

AZƏRTAC xəbər verir ki, ansambl Azərbaycan, Qazaxıstan, Gürcüstan və Norveç musiqiçilərini birləşdirir. Kollektivin təqdim etdiyi musiqi caz janrının bu ölkələrin folklor musiqisi ilə vəhdətindən ibarətdir.

“Magne Thormodsæter Eurasia Ensemble” kollektivinin çıxışı tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.