Azərbaycan Dövlət İnformasiya Agentliyi

Rövnəq Abdullayev: İndiyədək 4,5 milyard kubmetr səmt qazı platformlarda tutularaq ölkənin qaz təsərrüfatına verilib

Bakı, 7 may, AZƏRTAC

Son illərdə atmosferə atılan ümumilikdə 4,5 milyard kubmetrə qədər səmt qazı platformalarda tutularaq ölkənin qaz təsərrüfatına verilib.

AZƏRTAC xəbər verir ki, bu sözləri SOCAR-ın prezidenti Rövnəq Abdullayev mayın 7-də şirkətdə keçirilən Dünya Bankının “Səmt Qazının Yandırılmasının Azaldılması üzrə Qlobal Tərəfdaşlıq” (GGFR) Təşkilatının Rəhbər Komitəsinin iclasında deyib.

O bildirib ki, SOCAR, BP və Dünya Bankının “Səmt Qazının Yandırılmasının Azaldılması üzrə Qlobal Tərəfdaşlıq” Təşkilatının birgə layihəsi nəticəsində son illərdə atmosferə atılan ümumilikdə 4,5 milyard kubmetrə qədər səmt qazı platformlarda tutularaq ölkənin qaz təsərrüfatına verilib.

“Bu gün bəşəriyyət bir neçə qlobal xarakterli problemlə üzləşib ki, bunlardan biri də ətraf mühitin qorunmasıdır. Ekoloji problemlər bir ölkənin sərhədləri ilə məhdudlaşmır, bütün yer kürəsini əhatə edir. Bu səbəbdən SOCAR bu istiqamətdə əsas çalışmaları məhz beynəlxalq təşkilatlarla birgə həyata keçirir. Səmt qazının yandırılmasının azaldılması ətraf mühitin qorunmasına töhfə verməklə yanaşı, həm də bu dəyərli resursu ölkə iqtisadiyyatına qazandırır, iqtisadi dayanıqlığa xidmət edir”, - deyə R.Abdullayev əlavə edib.

Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev isə qeyd edib ki, Azərbaycan atmosferə qaz atılmalarının azaldılması sahəsində mühüm uğurlar əldə edib. Ölkədə bu proses artıq 10 ildən çoxdur ki aparılır. SOCAR Azərbaycanda həmin təşəbbüsün həyata keçirilməsində ən aparıcı şirkətdir və bu sahədə mühüm işlər görüb, uğurlar əldə olunub.

“Dünya Bankı Azərbaycanın əldə etdiyi nəticələri hər zaman yüksək qiymətləndirib. Bu sahədə işlər davam etdirilməlidir və atmosferə atılmaların həcmi hər il azalmalıdır. Çünki bizim 2030-cu ilə qədər proqnozlarımız var və həmin tarixə kimi atmosferə atılmaların əhəmiyyətli dərəcədə azaldılması nəzərdə tutulur”, - deyə nazir qeyd edib.

Dünya Bankının Azərbaycan üzrə ölkə direktoru Navid Hasan Naqvi deyib ki, hazırda 75-dən çox hökumət, neft şirkəti və inkişaf institutları 2030-cu ilədək səmt qazının yandırılmasının sıfıra endirilməsi təşəbbüsünə qoşulub: “Azərbaycan və SOCAR-la artıq 10 ildir ki, karbon emissiyasının azaldılması istiqamətində səmərəli əməkdaşlıq edirik. Hesab edirəm ki, SOCAR-ın bu sahədə uğurlu təcrübəsi dünyamızın üzləşdiyi qlobal ekoloji problemin aradan qaldırılmasına mühüm töhfədir və bütün neft və qaz şirkətləri üçün nümunə ola bilər”.

Dünya Bankı 2002-ci ildə bir sıra hökumət və şirkətlərlə birlikdə qlobal səmt qazı yandırılmasının azaldılması üzrə tərəfdaşlığa start verib. GGFR və Dünya Bankının səylərinin əsas məqsədi qaz ehtiyatlarını ölkələrin davamlı inkişafına və iqtisadiyyatlarının şaxələndirilməsinə yönləndirməkdir. Hər il dünyanın neft hasil olunan yerlərində 150 milyard kubmetr səmt qazı yandırılır. Bu, atmosferə 300 milyon tondan çox CO2 qazının emissiyasına səbəb olur. Əgər qlobal miqyasda yandırılan bütün qaz elektrik enerjisi istehsalına sərf olunsaydı, 750 milyard kilovat elektrik enerjisi yaranardı ki, bu da Afrika qitəsinin bir illik tələbatına bərabərdir.

SOCAR-ın ekologiya üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadə deyib ki, şirkət 2012-ci ildən 3 böyük layihə həyata keçirir. “Neft Daşları” neft və qazçıxarma idarəsindən (NQÇİ) il ərzində 250-280 milyon kubmetr, “28 May” NQÇİ-dən illik 300-310 milyon kubmetr, “Çıraq” platformasından isə ildə 330-350 milyon kubmetr səmt qazı yığılaraq əhaliyə verilib.

“Ümumiyyətlə, dünya praktikasında qəbul olunmuş şamda yandırılma əmsalı 5 faiz olduğu halda bu göstərici SOCAR-da 2014-cü ildə 2 faiz, 2016-cı ildə 1,74 faiz və 2017-ci ilin avqust ayında isə 1 faiz olub. Əldə olunmuş nəticə GGFR ilə səmərəli əməkdaşlığın nəticəsi olaraq qeyd edilməlidir. Əminəm ki, SOCAR bu sürətlə davam edərsə, dünya ölkələri arasında 2030-cu ilə qədər qoyulan tələblərə çatan ilk şirkət olacaq”, - deyə şirkətin vitse-prezidenti bildirib.

R.Hüseynzadə qeyd edib ki, SOCAR 2015-ci ildən BMT-nin İnkişaf Proqramı ilə birgə “Azərbaycanın yanacaq istehlakı sektorunda karbon emissiyalarının azaldılmasını təmin edən Milli Fəaliyyət Planı” (NAMA) layihəsini icra etməkdədir. Layihə ümumilikdə 3 komponentdən ibarətdir və bu komponentlərdən biri də quyulardan səmt qazının yığılması və istifadəçilərə verilməsidir. Layihə çərçivəsində “Siyəzənneft” NQÇİ-nin ərazisində 63 quyudan il ərzində 7 milyon kubmetr səmt qazının yığılaraq əhaliyə ötürülməsi nəzərdə tutulur.

GGFR Təşkilatının rəhbəri Kristofer Qilbert isə Bakıda keçirilən toplantının SOCAR ilə təşkilat arasında qlobal istiləşmə və iqlim dəyişmələrinin təsirinin azaldılması istiqamətində həyata keçirilən əməkdaşlığın 10-cu ildönümünə təsadüf etdiyini deyib.

Qeyd edək ki, GGFR Təşkilatının illik toplantısı bu il SOCAR-ın təşəbbüsü ilə ilk dəfə olaraq Azərbaycanda keçirilir. Mayın 7-8-də keçiriləcək tədbir zamanı şamda yandırılan qazın azaldılması istiqamətində Azərbaycanın təcrübəsinin öyrənilməsi, əldə olunan yüksək nailiyyətlərlə yaxından tanışlıq və bu təcrübənin xaricdə tətbiqi məsələlərinin mümkünlüyünün müzakirəsi məqsədilə SOCAR-ın istehsalat ərazilərinə səfər təşkil olunacaq. Tədbirin işində dünyanın 18 ölkəsindən və 13 beynəlxalq neft-qaz şirkətindən 50 nəfər rəhbər şəxs və mütəxəssis nümayəndə təmsil olunur.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ADY rayonlararası istiqamətlərdə 3800-ə yaxın sərnişinin rahat və təhlükəsiz səfərini təşkil edib

Baş Dövlət Yol Polisi İdarəsindən xəbərdarlıq: Yollarda görünüş məhdudlaşacaq!

Bakıda və Abşeron yarımadasında küləyin sürəti saniyədə 18 metrədək güclənib - FAKTİKİ HAVA

Böyük Britaniyada hər beş yetkin insandan biri hələ də iş axtarmır

Fransa Bankı: 2024-cü ildə xalis zərər 7,7 milyard avro olub

Gəncədə Novruz bayramı münasibətilə ümumşəhər tədbiri keçirilib

Respublika Gənclər Kitabxanasında akademik Fəraməz Maqsudovun 95 illiyi münasibətilə vəsait hazırlanıb

Brüsseldə Azərbaycan Mədəniyyəti Günü keçirilib

Naxçıvanda “Məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qrupu” yaradılıb

Qax Dövlət Kukla Teatrı bayram günlərində uşaqları yeni tamaşa ilə sevindirir

Novruz bayramı ərəfəsində Lənkəranda yerli turistlər üstünlük təşkil edir - REPORTAJ

Sabah magistral yollarda görmə məsafəsi 300-800 metrədək məhdudlaşacaq

Azərbaycan Ordusunda Novruz bayramı münasibətilə silsilə tədbirlər keçirilib

Şamaxıda avtomobil dərəyə yuvarlanıb, xəsarət alanlar var VİDEO

Ayxan Abbasov Antalyada Emre Belezoğlu ilə görüşüb

Sağlamlıq imkanları məhdud 50-dək uşaq oftalmoloji müayinədən keçib

MDB dəmir yolu administrasiyaları arasında əməkdaşlığın perspektivləri müzakirə edilib

Aktau şəhərində Azərbaycan guşəsi açılıb

Şalva Papuaşvili: “Fransa səfirinin biganəliyinin nəticəsidə İctimai Yayım Xidmətinin jurnalisti nifrət hədəfinə çevrilib”

Novruz bayramı ərəfəsində şəhid ailələri ziyarət edilib

Ordubadda ağır yol qəzası olub, 4 nəfər xəsarət alıb

Şimali Makedoniyadakı faciəli yanğında xəsarət alanlardan 4 nəfəri İtaliyaya gətirilib

BMT-nin Baş katibi: Paris iqlim Sazişinin məqsədləri hələ də əlçatandır

Müdafiə Nazirliyinin rəhbər heyəti Baş Klinik Hospitalı ziyarət edib VİDEO

Vətən müharibəsi şəhidi Ələddin Səidovun ailəsini ziyarət edilib

Papa Fransisk tənəffüs dəstəyi olmadan nəfəs almağa başlayıb

BSU-nun rəhbərliyi Qubada məktəblilərlə görüşüb

Şagird: Naxçıvan Dövlət Universitetində IELTS mərkəzinin olması böyük fürsətdir

“Deutsche Bank” 2 min iş yerini ixtisar edəcək

Polşada Novruz bayramı qeyd olunub

Gürcüstan parlamenti narkotik cinayətlərinə görə cəzanı sərtləşdirir

Azərbaycanlı tələbə: Məqsədim ölkəmizin kosmos və innovasiya sahəsində güclü mövqe qazanmasına töhfə verməkdir

Britaniya yüksək rütbəli hərbi liderlərin qapalı görüşünə ev sahibliyi edir

Laçında kreativ Novruz suvenirləri hazırlanıb VİDEO

Cəbrayılda Novruz ilə bağlı bayram konserti təşkil olunub VİDEO

Bayramla əlaqədar bütün avtovağzal və avtostansiyalar martın 19-dan gücləndirilmiş iş rejimində çalışır

Cəlilabadda polis 9 kiloqram narkotik vasitə və psixotrop maddə aşkarlayıb

Azərbaycana yaz fəsli qədəm qoydu

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi ilə Türkiyənin Cağaloğlu Anadolu Liseyi qardaşlaşıb

SOCAR-ın prezidenti “ExxonMobil” Korporasiyasının vitse-prezidenti ilə görüşüb

Qəbələdə şəhid ailələri və müharibə əlilləri üçün iftar süfrəsi açılıb

NBA: Daha 11 oyun keçirilib

Xırdalanada yaşayış binasında yanğın baş verib

“Bir sual, bir cavab”: Novruz xatirələri – Məbud Məhərrəmov VİDEO

İğdırda Azərbaycan-Türkiyə Novruz tədbiri keçirilib

Babək rayonunda minik avtomobili yanıb

İlk dəfə bütün ölkəni əhatə edəcək “Azərbaycan Şahmat Turu” layihəsi keçiriləcək

YAP Gəncə şəhər təşkilatı bayram sovqatı paylayıb

Argentina millisində növbəti itki yaşanıb

Su təchizatına qoşulma sahəsində çalışan əməkdaşlara təlimlər keçirilib

“Bir sual, bir cavab”: Novruz xatirələri – Çingiz Abdullayev VİDEO

Niderland millisinin aparıcı üzvü sıradan çıxıb

İstanbul Böyükşəhər Bələdiyyəsi üzvlərinin terror təşkilatları ilə əlaqələri müəyyən edilib

Azərbaycan teatrının əfsanəvi Məcnunu

DİN: Ötən gün cinayət törətməkdə şübhəli bilinən 56 nəfər saxlanılıb

Millətlər Liqası: Türkiyə Macarıstanı, Xorvatiya Fransanı qəbul edəcək

“Bir sual, bir cavab”: Novruz xatirələri – Salman Qəmbərov VİDEO

FHN Novruz bayramı ilə əlaqədar əhaliyə təkrar müraciət edib VİDEO

Bayram günlərində şəhər və rayonlara səfər edən hərəkət iştirakçılarına müraciət olunub VİDEO

“Bir sual, bir cavab”: Novruz xatirələri – Mənsum İbrahimov VİDEO

Vatikan uşaqlar üçün video oyun hazırlayıb

Azərbaycan Ordusunun mövqeləri Keşişkənd istiqamətindən atəşə tutulub

Birinci Vitse-prezident Mehriban Əliyeva Novruz bayramı münasibətilə paylaşım edib

Novruz bayramı və yaz fəsli: fərqlər və eyniliklər – alimin mülahizələri

Azərbaycanlı tələbələrin Türkiyədə aerokosmik innovasiyalar üzrə təcrübə mübadiləsi başa çatıb

Britaniyada şəxsi silah satışları ilə bağlı qaydalar sərtləşdiriləcək

Azərbaycanda Novruz bayramıdır

132/110/35/10 kilovoltluq yeni "Culfa" yarımstansiyasında sınaq-sazlama işləri yekunlaşıb

Çində kosmosda faydalı qazıntılar çıxarmaq üçün robot hazırlanıb

Rusiya və Ukrayna arasında əsir mübadiləsi həyata keçirilib

İtaliyanın bu qəsəbəsində evlər 1 avroya satılır

Azərbaycanın investisiya mühiti Türkiyədə tanıdılır

Qazaxıstanda yüzlərlə silah aşkar edilib

Yevlaxda Novruz bayramı münasibətilə konsert təşkil olunub

ABŞ-ın Merilend ştatının qubernatoru Novruz bayramı ilə bağlı bəyanat imzalayıb

Ukrayna F-16 qırıcılarının yeni partiyasını qəbul edib

Şuşada Novruz bayramı münasibətilə silsilə tədbirlər davam edir

3 ölkə Beynəlxalq Frankofoniya Təşkilatını tərk edib

Bağdad Universitetində Azərbaycanla bağlı doktorluq dissertasiyası müdafiə edilib

ABŞ Dövlət katibi və milli təhlükəsizlik müşaviri Zelenski ilə Tramp arasında danışıqlara dair bəyanat yayıblar

“Santander” bankı Britaniyada filiallarının dörddə birini bağlayacaq

İstanbulda Novruz bayramı qeyd olunub

Lənkəranın Vilvan kəndində elektrik enerjisinin verilişi bərpa olunub - YENİLƏNİB

Vyetnamda Novruz şənliyi təşkil olunub VİDEO

Volodimir Zelenski ABŞ Prezidenti ilə telefon danışığının ilkin nəticələrini açıqlayıb

Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzində iftar mərasimi təşkil olunub

Prezident İlham Əliyev Novruz bayramı münasibətilə paylaşım edib

Türkiyəli ekspert: İrəvanın mövqeyindəki ziddiyyətlər regional münasibətlərin normallaşmasını ləngidir

Azərbaycan Ordusunun mövqeləri Basarkeçər istiqamətindən atəşə tutulub VİDEO

Serbiya parlamenti hökumətin istefasını təsdiqləyib

ABŞ və Ukrayna prezidentləri telefonla danışıblar

İtaliya sahillərində miqrantların olduğu qayıq batıb

Naxçıvan Hərbi Kollecində Novruz bayramı qeyd olunub

“Azərpoçt” poçtdaşıma mərkəzində robotları sınaqdan keçirib

Şeyxülislam Allahşükür Paşazadə Ramazan ayı münasibətilə iftar mərasimi təşkil edib

Bratislavada Novruz bayramı qeyd olunub

Bir qrup mədəniyyət xadimi Mədəniyyət Nazirliyinin Fəxri diplomu ilə təltif olunub

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində “Yeni gün” adlı bayram tədbiri keçirilib VİDEO

Azərbaycan və Niderlandın xarici işlər nazirləri arasında telefon danışığı olub

Türkiyənin ədliyyə naziri: İstintaq bütün aspektləri ilə diqqətlə və həssaslıqla aparılır