İDMAN


Rövnəq Abdullayev: Maraqlı oyunların şahidi olacağımıza əminəm

Bakı, 3 dekabr, Nicat Məmmədov, AZƏRTAC

İlk növbədə onu demək olar ki, qrupumuzdakı komandaların hər biri ilə müəyyən tanışlığımız var. Müxtəlif illərdə həm dünya çempionatının, həm də Avropa çempionatının seçmə mərhələsində qarşılaşmışıq. Bununla belə, futbol dinamik, inkişafda olan idman növüdür. Təbii ki, hər bir milli komandanın da oyununda zaman-zaman dəyişikliklərin, yeniliklərin şahidi oluruq. Avro-2020-nin seçmə mərhələsində maraqlı oyunların şahidi olacağımıza əminəm.

AZƏRTAC xəbər verir ki, bu sözləri AFFA-nın prezidenti Rövnəq Abdullayev dekabrın 2-də İrlandiyanın paytaxtı Dublində keçirilmiş Avro-2020-nin seçmə mərhələsinin püşkatma mərasimindən sonra söyləyib.

Millimizə oyunlarda uğurlar, qələbə sevinci arzu edən AFFA prezidenti deyib: “Avro-2020 bizim üçün təşkilati baxımdan da əlamətdar turnirdir. Final mərhələsinin 4 oyunu Bakı Olimpiya Stadionunda keçiriləcək. Bu baxımdan, Azərbaycan futbol ailəsinin hər bir üzvünə qarşıdakı müddətdə uğurlar arzulayıram”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.