İQTİSADİYYAT


Rövnəq Abdullayev: Türkiyədəki strateji layihələr başa çatandan sonra Ukraynada fəaliyyət prioritet istiqamətlərdən biri olacaq

Kiyev, 26 may, AZƏRTAC

Ukraynanın Prezidenti Petro Poroşenko və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev Kiyevdə Ukraynaya yüksəkkeyfiyyətli aviasiya yanacağının tədarükü və enerji sahəsində əməkdaşlığın genişləndirilməsi perspektivlərini müzakirə ediblər.

AZƏRTAC Ukrayna Prezidentinin mətbuat xidmətinə istinadla xəbər verir ki, görüşdə SOCAR-ın “Türk layihələri”, Ukraynanın bu layihələrə daxil olması və Ukrayna dövlətinin neft emalı kompleksinin inkişaf perspektivləri barədə müzakirələr aparıblar.

“Növbəti il, Türkiyədəki strateji layihələr başa çatandan sonra Ukraynada fəaliyyət prioritet istiqamətlərdən biri olacaq, çünki burada inkişaf çox uğurludur. Ukraynada biznesin inkişafı üçün yaxşı imkanlar yaranıb”, - deyə SOCAR prezidenti bildirib.

Petro Poroşenko Ukrayna və Azərbaycan prezidentlərinin səmimi dostluq əlaqələrini qeyd edib və dövlətlər arasında əməkdaşlığın strateji xarakter daşıdığını vurğulayıb. “İnanıram ki, əməkdaşlığın inkişafı və dərinləşdirilməsi üçün enerji sektorunda da bu imkanlardan tam istifadə edəcəyik”, - deyə Prezident bildirib. Dövlət başçısı bu potensialdan Ukraynaya enerji tədarükünün şaxələndirilməsinin vacibliyini qeyd edib.

Görüşdə, həmçinin Ukraynanın şəhərlərinə yüksəkkeyfiyyətli aviasiya yanacağının tədarükü məsələsi müzakirə edilib.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.