İQTİSADİYYAT


Rövnəq Abdullayev: Türkmənistan və SOCAR əməkdaşlığı inkişaf etdirmək üçün böyük potensiala malikdirlər

Aşqabad, 12 may, AZƏRTAC

Avropanın enerji təhlükəsizliyi və Xəzər regionunun inkişafı üçün böyük əhəmiyyəti olan Cənub Qaz Dəhlizi həm idxalçılar, həm də tədarükçülər, onun bir hissəsi olmaq istəyən bütün ölkələr üçün açıq beynəlxalq layihədir.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev Aşqabadda keçirilən Beynəlxalq Neft və Qaz İnvestisiya Forumunda bildirib.

“Azərbaycan Türkmənistanın karbohidrogen ehtiyatlarının beynəlxalq bazarlara nəqli üçün Cənub Qaz Dəhlizi boru kəməri sisteminin və Bakı-Tbilisi-Ceyhan neft kəmərinin geniş imkanlarını bu ölkənin şirkətləri ilə bölüşməyə hazırdır”, - deyə SOCAR-ın prezidenti qeyd edib.

O bildirib ki, yaxın gələcəkdə əməkdaşlığın ən gözəl nümunəsi "Dostluq" yatağının birgə işlənməsi olacaq.

Xatırladaq ki, SOCAR Beynəlxalq Neft və Qaz İnvestisiya Forumunun əsas tərəfdaşıdır.

İlahə Əhmədova

AZƏRTAC-ın xüsusi müxbiri

Aşqabad

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.