Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Rövşən Novruzoğlunun “Əshabi-Kəhfə məktub: sürgündə qalan əhli-əyalım var” kitabının təqdimatı olub

Naxçıvan, 23 sentyabr, AZƏRTAC

AMEA Naxçıvan Bölməsində tanınmış tədqiqatçı və ekspert, siyasi elmlər üzrə fəlsəfə doktoru Rövşən Novruzoğlunun “Əshabi-Kəhfə məktub: sürgündə qalan əhli-əyalım var” kitabının təqdimatı olub.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, tədbirdə çıxış edən bölmənin sədri, akademik İsmayıl Hacıyev kitabın tədqiqat materialı kimi əhəmiyyətindən danışıb. Bildirib ki, müəllif Naxçıvan Muxtar Respublikası ərazisində yerləşən “Qurani-Kərim”də adı çəkilən müqəddəs Əshabi-Kəhf mağarası ilə bağlı geniş araşdırmalar aparıb, çoxsaylı tarixi mənbələri və arxiv materiallarını nəzərdən keçirərək bu kitabda toplayıb. Nəşr mövzuya yeni, daha dərin yanaşma və orijinal təhkiyə üslubu ilə fərqlənir.

Qeyd olunub ki, “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində nəfis tərtibatda çap olunan kitabda oxucuya qədim dövr səyyahlarının, tarixçilərinin Əshabi-Kəhf haqqında indiyədək məlum olmayan qeydləri, fikir və mülahizələri, həmçinin bir çox tarixi faktlar və məlumatlar təqdim edilir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Surə Seyid çıxış edərək bildirib ki, bu gün muxtar respublikada cəmiyyətin dini-mənəvi ehtiyaclarına diqqət və qayğı ilə yanaşılır. Multikultural və milli-mənəvi dəyərlərimiz qorunur, dini bayramlarımız yüksək səviyyədə qeyd edilir. Ziyarətgahlarımız, məscidlərimiz təmir və bərpa olunaraq əhalinin istifadəsinə verilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında multikulturalizm və dini məsələlər üzrə komissiyaların yaradılması haqqında” 2014-cü il 20 avqust tarixli Sərəncamına əsasən Naxçıvan Muxtar Respublikası, şəhər və rayon icra hakimiyyətləri üzrə multikulturalizm və dini məsələlər üzrə komissiyaların yaradılması dövlət orqanlarının dini qurumlarla qarşılıqlı fəaliyyətinin təşkil edilməsinə, dövlət din münasibətlərinin daha dolğun tənzimlənməsinə şərait yaradır.

Vurğulanıb ki, dünya mədəni irsinin ortaq dəyəri olan Əshabi-Kəhf ziyarətgahında ümummilli lider Heydər Əliyevin tapşırığı ilə 1998-ci ildə əsaslı bərpa və yenidənqurma işləri aparılıb. Belə ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 1998-ci il 9 fevral tarixli “Əshabi-Kəhf ziyarətgahının bərpası və qorunması tədbirləri haqqında” Sərəncamına uyğun olaraq ziyarətgahda abadlıq bərpa işləri aparılıb, zəvvarlar üçün şərait yaradılıb, tarixi məscid bərpa olunub və ziyarətgaha kitabə qoyulub. Aparılan tədbirlərin davamı olaraq, 2006-cı ildə bu tarixi abidə ətrafında yenidənqurma işləri görülüb, yeni tikililər salınıb, ziyarətçilər üçün əlverişli şərait yaradılıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri qeyd edib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığı əsasında siyasi elmlər üzrə fəlsəfə doktoru Rövşən Novruzoğlunun “Əshabi-Kəhfə məktub: sürgündə qalan əhli-əyalım var” kitabının təqdimatının keçirilməsi də tarixi minilliklərə dayanan bu dini-mədəni abidənin yeni tədqiqatlar əsasında öyrənilməsi və təbliğinə dövlət qayğısının daha bir ifadəsidir. Surə Seyid kitabın ərsəyə gəlməsində böyük əməyi olan müəllifə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri adından təşəkkürünü bildirib, gələcək fəaliyyətində ona uğurlar arzulayıb.

Naxçıvan Muxtar Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinin direktoru Vüqar Babayev vurğulayıb ki, dünyada 20-dən artıq ölkədə Əshabi-Kəhf mağaraları var. Həmin ölkələrin tədqiqatçıları “Qurani Kərim”də adı çəkilən Əshabi-Kəhf mağarasının məhz öz ölkələrində olduğunu sübut etməyə çalışırlar. Amma Rövşən Novruzoğlunun kitabda topladığı faktlar da onu deməyə əsas verir ki, müqəddəs kitabımızda adı çəkilən Əshabi-Kəhf mağarası Naxçıvandadır. Bu kitabda həm də ziyarətgah yaxınlığındakı su quyuları, kəhrizlər, o cümlədən Naxçıvanda yaşamış din xadimləri barədə məlumatlar verilir.

AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərli, Naxçıvan Muxtar Respublikası Qazısı yanında Şuranın sədri Sahib Məmmədov çıxış edərək, kitab haqqında fikirlərini bölüşüb, müəllifə yaradıcılıq uğurları arzulayıblar.

Çıxışlarda bildirilib ki, son iyirmi ildən artıq bir müddətdə Naxçıvan Muxtar Respublikasında qədim diyarla bağlı kitabların nəşrinə böyük yer verilir. Naxçıvanla bağlı bütün əsərlər, xüsusilə muxtar respublikanın tarixi və mədəniyyəti ilə əlaqədar yazılan əsərlər Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət mərkəzindədir. Bu kitabların bir hissəsi Ali Məclis Sədrinin himayəsi ilə nəşr olunur, elmi ictimaiyyətə, xalqa çatdırılır. “Əshabi-Kəhfə məktub: sürgündə qalan əhli-əyalım var” kitabı da bu qəbildəndir. Tədqiqatçı Rövşən Novruzoğlu bir sıra mənbələr, xüsusilə bəzi ölkələrin arxivlərində “Tam məxfi” möhürü ilə mühafizə olunan materiallar əsasında Əshabi-Kəhf haqqında çox maraqlı bir əsər hazırlayıb.

Kitabın müəllifi Rövşən Novruzoğlu qeyd edib ki, o, 7 ildən artıq bir müddətdə dünyanın 12 ölkəsinin arxivlərində araşdırma və tədqiqatlar apararaq bu kitabı ərsəyə gətirib. Bildirib ki, qoyulan qadağalara və çətinliklərə baxmayaraq Vatikan arxivlərində tədqiqatlar aparılıb, Əshabi-Kəhfə və XII imama aid tam məxfi sənədlər gün üzünə çıxarılıb.

Müəllif kitabının təqdimatına görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə dərin minnətdarlığını bildirib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ Senatı Ukrayna, İsrail və Tayvana yardım paketini təsdiqləyib

Bosniya və Herseqovina Rəyasət Heyətinin sədri COP29-da iştiraka dəvət olunub

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” forumu Gürcüstan mətbuatının diqqət mərkəzində olub

Milanda gecə saatlarında pizza və dondurma yemək qadağan olunacaq

İNALCO: Türk Mədəniyyəti və Dilləri Günündə Azərbaycan mədəniyyəti təqdim olunub

Ukrayna mülki aviasiyanın modernləşdirilməsinə dair sazişi ləğv edib

Rusiya müdafiə nazirinin müavini saxlanılıb

Nikol Paşinyan: Ermənistanın beynəlxalq səviyyədə tanınmış sərhədlərindən kənarda heç bir ambisiyası yoxdur

Dövlət Departamenti: ABŞ Rusiyanın enerji sektoruna qarşı sanksiyaları davam etdirəcək

Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının məlumatı

Rusiya XİN Bakı və İrəvan arasında sülh müqaviləsinin razılaşdırılmasının zəruri olduğunu bildirib

Bolat Nurqaliyev: Sülh prosesi başlayandan sonra Azərbaycan dünya səviyyəsində əhəmiyyətli dərəcədə yüksəlib VİDEO

Rusiya Prezidenti son 12 ildə BAM-ın gücünün üç dəfə artdığını açıqlayıb

Milli Məclisin növbəti plenar iclasında 18 məsələ müzakirə olunub

Ombudsman britaniyalı müəllifin təşəbbüsü ilə hazırlanan kitab üçün müsahibə verib

İmişlidə “Mercedes” marketə çırpılıb, yeniyetmə son anda qəzadan xilas olub: anbaan görüntülər VİDEO

AMB sədrinin rəhbərliyi ilə Azərbaycanın Bankçılıq Missiyası ABŞ-da işgüzar səfərdədir

Xankəndi şəhərində tapdığı silah-sursatları polisə təhvil verməyən şəxs saxlanılıb

"Azərreyl"in kapitanı: Xoşbəxtəm ki, əziyyətimizin bəhrəsini gördük

Azərbaycan Prezidentinin Rusiya səfəri iki ölkə arasında əməkdaşlıq baxımından tarixi önəm daşıyır ŞƏRH

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin hesabat yığıncağı keçirilib

Azərbaycan Afrika və Yaxın Şərqin ən böyük kənd təsərrüfatı sərgilərindən birində təmsil olunur

SOCAR-ın prezidenti Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki səfiri ilə görüşüb

Azərbaycan və İspaniya iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsini müzakirə edib

Portuqaliyalı ekspert: Azərbaycanda keçiriləcək COP29 iqlim dəyişikliyi ilə bağlı qlobal problemlərin həlli üçün daha səmərəli olacaq VİDEO

® “Rabitəbank”dan Ümumdünya Kitab Günündə Ağdam kənd məktəbinə dəstək

Azərbaycan-Əlcəzair əlaqələrinin daha da inkişaf etdirilməsi imkanları müzakirə olunub

Pekində “Azərbaycanda investisiya və ticarətin təşviqi” konfransı keçirilib VİDEO

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar

Ombudsman Aparatı uşaq hüquqları ilə bağlı təlim təşkil edib

Avstriyalı ekspert: Prezident İlham Əliyevlə görüşümüz çox maraqlı və faydalı oldu

“Laçın” dövlət sərhədindən buraxılış məntəqəsinin qurulmasının ildönümü münasibətilə silsilə tədbirlər keçirilib

MSN-in istehsal etdiyi silahlar Vətən müharibəsində və antiterror tədbirlərində düşmənə gücünü döyüş şəraitində göstərib

Ceyms Şarp: COP29-a ev sahibliyi etmək Azərbaycan üçün geniş imkanlar yaradacaq

Qarabağ Regional DOST Mərkəzində 300-dək şəxsə reabilitasiya xidmətləri göstərilib

Alman filosofu İmmanuel Kantın 300 illiyinə həsr olunmuş ümuminstitut seminarı keçirilib

Ceyhun Bayramov Çexiyanın “CEVRO” İnstitutunda ölkəmizin xarici siyasət prioritetlərindən danışıb

Voleybol üzrə Azərbaycan çempionatlarının qalibləri mükafatlandırılıb

Peşə təhsil müəssisələrinin məzun və tələbələri "Casa Culinary Cup 2024" yarışmasında qalib olublar

Qazaxıstanlı doktorantlar Neft və Qaz İnstitutunda təcrübə keçiblər

Prezident İlham Əliyevin Norveç Baş nazirinə ünvanladığı COP29-a dəvət məktubu səfirə təqdim edilib

Prezident İlham Əliyev Azərbaycanın uğurlarının səbəbini açıqlayıb

Qarşılıqlı anlaşma və möhkəm təmələ əsaslanan Azərbaycan-Rusiya münasibətləri ŞƏRH

Azərbaycan ilə Qırğızıstan arasında mədəniyyət sahəsində əməkdaşlığın genişləndirilməsi üçün münbit zəmin mövcuddur

Tədqiqat bəzi meşələrin iqlim dəyişikliyinə müqavimətdə mühüm rolunu üzə çıxarıb

BDU-nun tələbə və əməkdaşları Gənclər Fondunun qrant müsabiqəsinin qalibi olublar

“Hibrid enerji sistemləri və onların gələcək perspektivləri” - elmi seminar

ABŞ Konqresi üzvlərindən ibarət nümayəndə heyəti ölkəmizdə mövcud mina problemi barədə məlumatlandırılıb

AzTU-da Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin IV dalğası barədə infosessiya keçirilib

Prezident: Quru sərhədlərin bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük

® “PAŞA Holding” üçün taksi biznesində növbəti mərhələ

Qarbi Abdelbaset: QH çərçivəsində əlaqələr Əlcəzair-Azərbaycan münasibətlərin inkişafına imkan yaradıb

“Azərreyl”in qadın komandası da Azərbaycan çempionu olub

Prezident İlham Əliyev: Biz qonşularla yaxşı və bəzi hallarda əla münasibətlər qura bilmişik

Baş prokuror paytaxtın Sabunçu rayonunda vətəndaşları qəbul edib

ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev forumda iştirak edib YENİLƏNİB VİDEO

“Reuters”: İlon Maskın “SpaceX” şirkətində xəsarət alan işçilərin sayı artır

Türkiyə millisinin futbolçusu Fransada üçüncü dəfə qarət olunub

Magistraturaya ikinci cəhd qəbul imtahanı keçiriləcək

Çexiya cəmiyyəti avroya keçməyə hazırdır?

Nərimanov rayonunda məktəblilərə narkotiklərin zərərli təsiri barədə məlumat verilib

Beynəlxalq ekspert: Azərbaycanın yaşıl enerji keçidində liderliyi beynəlxalq əməkdaşlıq üçün strateji imkandır – MÜSAHİBƏ

Yağış Şamaxıda bəzi fəsadlar törədib VİDEO

Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş elmi seminar

® Balaxanı Əməliyyat Şirkəti ərazilərində ağacəkmə işləri həyata keçirilir

Əqli Mülkiyyət Agentliyinin və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə konfrans keçirilib - YENİLƏNİB-2 VİDEO

Kənd təsərrüfatı nazirinin müavini Qusarda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Əlcəzair parlamentarisi: Azərbaycanla əməkdaşlıq üçün geniş imkanlar mövcuddur

Şəkidə ağacəkmə aksiyası keçirilib

Azərbaycan Prezidenti: Azərbaycanda ciddi və ya potensial qaydada yarana biləcək hər hansı risk yoxdur

BAM-ın ərsəyə gəlməsində Heydər Əliyevin bənzərsiz xidmətləri ŞƏRH

Azərbaycan Prezidenti: Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirik

Ədəbiyyat İnstitutunda Abdulla Şaiqin “Türk çələngi” kitabı təqdim edilib

Xankəndi şəhərindəki tibb müəssisəsində ilk körpə dünyaya gəlib

Prezident: Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər göstərilir

Debora Zakuto: Fikrimcə Aida Mahmudovanın əsərlərindəki rəng ahəngi təbiətin onun həyatındakı rolunu göstərir

AzMİU-da “İnformasiya texnologiyaları və onların tətbiqi” adlı II beynəlxalq konfrans keçirilib

Fırat Arapoğlu: Aida Mahmudovanın ən böyük uğurlarından biri də bəşəri ziddiyyətləri əsərlərində təsvir edə bilməsidir

Küveyt Dövləti Azərbaycanla Ermənistan arasında razılaşmanı alqışlayır

Bakıda Türkiyənin Milli suverenlik və uşaq bayramı münasibətilə tədbir təşkil olunub

Prezident İlham Əliyev: Türkiyə-Azərbaycan birliyi regional təhlükəsizliyin və sabitliyin mühüm meyarıdır

İdman zalının kassasını talayaraq 12 min manat məbləğində pul oğurlayan mühafizəçi saxlanılıb

Azərbaycan Prezidenti: Hazırda neft və qaz ümumi daxili məhsulumuzun yarıdan az hissəsini təşkil edir

Azərbaycanın aparıcı musiqiçiləri Peterburq filarmoniyasında çıxış edəcəklər

Cari ilin birinci rübündə dövlət əmlakının icarəyə verilməsindən büdcəyə daxilolmalar artıb

Cibuti sahillərində miqrant qayığının batması nəticəsində 16 nəfər ölüb

BDU-nun şahmat komandasının uğuru

Alimlər heyvanlarda şüuru tanıyan bəyannamə imzalayıblar

Yeni inşa olunmuş yaşayış binası xidməti istifadəyə verilib

Prezident: Ermənistan dırnaqarası “Dağlıq Qarabağ”ın sülh sazişində olmamasına razılaşıb

Xalq yazıçısı Anar məktəblilərlə görüşündə mütaliənin əhəmiyyətindən danışıb

MEDİA-da Özbəkistan Jurnalistlər İttifaqının nümayəndə heyəti ilə görüş olub

Latviya məktəblərində rus dilinin tədrisi dayandırılacaq

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 29 dekabr tarixli 620 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sığorta ödənişinin verilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Küçə mühitindəki uşaqlarla bağlı layihəyə cəlb olunmuş sosial işçilər üçün təlimlər keçirilib

“Cinayət prosesini həyata keçirən orqana çağırış vərəqələrinin formaları”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Cinayət mühakimə icraatında prosessual sənədin verilməsi barədə qəbzlərin formaları”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Coğrafiyaçı alimlər məktəblilərlə görüşüb

Alimlər məktəblilərə narkomaniyanın fəsadlarından danışıblar

Türkiyə Prezidenti müxtəlif ölkələrdən Ankaraya gələn uşaqlarla görüşüb