Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Rövzət Qasımov: Seçkilərin keçirilməsində ən mühüm amil seçki prosesinin seçicilər üçün şəffaf olmasıdır VİDEO

Bakı, 22 sentyabr, AZƏRTAC

Mərkəzi Seçki Komissiyası (MSK) Katibliyinin rəhbəri Rövzət Qasımov noyabrın 1-də Milli Məclisə keçiriləcək seçkilərə hazırlıq işləri ilə bağlı AZƏRTAC-a müsahibə verib. Müsahibəni təqdim edirik.

-Parlament seçkilərinə hazırlıq işləri ilə bağlı məlumat verməyinizi xahiş edirik.

-Bildiyiniz kimi, noyabrın 1-də beşinci çağırış Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər keçiriləcək və bununla bağlı Mərkəzi Seçki Komissiyası ilin əvvəlindən öz işlərini görməyə başlayıb.

Seçki yalnız bir gün baş verən hadisədir, amma buna baxmayaraq, bu bir günün arxasında uzun hazırlığın nəticəsi dayanır. Mərkəzi Seçki Komissiyası ilin əvvəlindən özünün görəcəyi işləri müəyyənləşdirmək üçün əvvəlcə aşağı seçki komissiyalarının vəziyyətini araşdırıb, ehtiyacların dəyərləndirilməsi üçün müəyyən addımlar atıb və bununla bağlı müvafiq monitorinq həyata keçirib. Bundan sonra təkmilləşdirməyə ehtiyac olan sahələrlə bağlı layihələr reallaşdırmağa başlayıb. Bizim ən vacib addımlarımızdan biri seçicilər siyahısının dəqiqləşdirilməsi prosesidir. MSK hər zaman Azərbaycan seçicilərinin məlumatlarının seçicilər siyahısına daxil olunmasını, onların yenilənməsi və daha da dürüstləşdirilməsi məsələsini diqqət mərkəzində saxlayıb. Bu, dinamik bir prosesdir, seçici siyahısı seçicilərin hərəkət dinamikası nəzərə alınmaqla hər dəfə dəqiqləşdirilməlidir. Belə ki, Azərbaycan Respublikasının Seçki Məcəlləsinə əsasən, hər il yanvar ayından may ayınadək biz seçici siyahılarını dəqiqləşdiririk və may ayının sonunda MSK seçicilərlə bağlı son statistikanı, məlumatı təsdiqləyir. Bu proses sonradan da gündəlik əsaslarla davam etdirilir. Hazırda respublikada daimi fəaliyyət göstərən 125 dairə seçki komissiyası var. Həmin komissiyalar da mütəmadi olaraq bu işləri, yəni seçici siyahılarının dəqiqləşdirilməsi prosesini həyata keçirir. Əsas məqsədimiz budur ki, istənilən Azərbaycan seçicisinin adı seçicilər siyahısında olsun. Bildiyiniz kimi, hazırda bu istiqamətdə gərgin iş gedir. MSK müxtəlif vasitələrdən istifadə etməklə seçiciləri öz adlarını, məlumatlarını seçici siyahılarında dəqiqləşdirməyə dəvət edir, bununla bağlı müəyyən işlər aparılır. Seçicilər müxtəlif vasitələrlə öz məlumatlarını yoxlaya bilərlər. Belə ki, onlar seçki məntəqələrinə, seçki dairələrinə baş çəkə, oradan öz məlumatlarını dəqiqləşdirə bilərlər. Bunun digər yolu da MSK-nın internet səhifəsinə müraciət etməkdir. Hələ 2005-ci ildən bütün seçicilərin məlumatlarının göstərildiyi siyahılar bizim internet səhifəsindədir və oradan istənilən məlumatı dəqiqləşdirmək mümkündür. Seçici özünün və yaxud da tanıdığı digər bir seçicinin məlumatları ilə bağlı hər hansı bir nöqsan, çatışmazlıq aşkarladıqda bunu online ərizə forması vasitəsilə MSK-ya bildirə bilər. MSK da həmin seçici siyahılarında dəqiqləşdirmələrin aparılması ilə bağlı müvafiq addımlar atır, lazim gəldiyi halda həmin düzəlişləri seçici siyahısında edir.

Digər yol, bilirsiniz ki, MSK-nın “qaynar xətti” var, seçicilər öz məlumatlarını seçici siyahılarında dəqiqləşdirmək üçün bu vasitədən də istifadə edə bilərlər. Yeri gəlmişkən, bu vasitədən də istifadə edənlər çoxdur. Belə ki, bizim seçicilərimiz müraciət edirlər və adlarını yoxlaya bilirlər. Bu da bütün seçici siyahılarının dəqiqləşdirilməsi, daha da təkmilləşdirilməsinə xidmət edən bir prosesdir.

Bundan başda, bizim daim xüsusi diqqət yetirdiyimiz və hər seçki zamanı mühüm əhəmiyyət daşıyan proseslərdən biri də maarifləndirmədir. Maarifləndirmə proqramı çərçivəsində bir sıra layihələr hazırlanaraq həyata keçirilir. Belə ki, MSK maarifləndirmə prosesini həm televiziya, həm digər mətbuat orqanları vasitəsilə aparır, müxtəlif çap vasitələrindən istifadəni həyata keçirir. Eyni zamanda, biz digər vasitələrlə - kliplər, videoçarxlar vasitəsilə də maarifləndirmə işini həyata keçirməyə böyük əhəmiyyət veririk.

MSK bizim müxtəlif kateqoriyadan olan seçki iştirakçılarımızın maarifləndirilməsi istiqamətində çoxşaxəli genişmiqyaslı layihələr həyata keçirir. Artıq namizədliyin təsdiq olunması prosesi gedir. Namizədlərin öz işini daha yaxşı təşkil etməsi, hüquq və vəzifələrini bilməsi, sənədlərin tərtibatlarında heç bir çətinliklə qarşılaşmaması üçün MSK namizədlər üçün yaddaş kitabçası hazırlayaraq siyasi partıyalara və dairə seçki komissiyaları vasitəsilə digər namizədlərə çatdırıb. Namizəd olmaq istəyən hər bir vətəndaş bu kitabçalardan yararlana bilər. Seçki günü üçün yaddaş kitabçası ilə bağlı görülən iş yekunlaşmaq üzrədir. Yaxın günlərdə biz bu kitabçaları da dairə seçki komissiyalarına və digər maraqlı seçki iştirakçılarına təqdim edəcəyik. Eyni zamanda, MSK müşahidəçilərin də maarifləndirilməsinə böyük önəm verir. Belə ki, müşahidəçilərin maarifləndirilməsi məqsədilə yenə də müşahidəçilər üçün yaddaş kitabçası hazırlanır və onlara çatdırılır. Əsasən Azərbaycan, ingilis və rus dillərində hazırlanan bu yaddaş kitabçalarında respublikaya gələn, burada olan bütün müşahidəçilər öz rol və vəzifələri barədə müfəssəl məlumat əldə edə bilərlər. Bu da məhz bizim seçkidə iştirak edən tərəflərin məlumatlandırılmasına yönəlmiş addımlarımız sırasındadır. Bizim əsas maarifləndirmə hədəflərimizdən olan seçicilərimizə gəldikdə, bildiyiniz kimi, bütün vasitələrlə seçiciləri məlumatlandırmağa çalışırıq. Müxtəlif səpkili plakatlar, bukletlər, broşürlər vasitəsilə hazırda bu istiqamətdə iş gedir. MSK, eyni zamanda, müxtəlif videoçarxlar vasitəsilə də seçicilərin maarifləndirilməsi və seçkilərdə iştiraka dəvətlə bağlı layihə həyata keçirəcək. Hazırda bu layihə də icra edilir. Bizim həyata keçirdiyimiz tədbirlər sırasında maarifləndirmə tədbirləri həmişə xüsusi əhəmiyyət daşıyır. Maarifləndirmə tədbirləri bu il müxtəlif səpkidə keçirilib.

Artıq bir sıra layihələri qeyd edə bilərik ki, bunlardan ən mühümlərindən biri də Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”na əsasən reallaşdırılan və respublika üzrə iki mərhələdə həyata keçirilən ixtisaslaşdırılmış kurslardır. Belə ki, ilkin mərhələdə avqust ayının sonunda Bakı şəhərində bütün dairə seçki komissiyaları üçün müşavirə keçirildi. Bu müşavirədə də müxtəlif ali dövlət qurumlarının təmsilçiləri dairə seçki komissiyalarının sədrləri qarşısında öz sahələrinə aid olan mövzularda çox maraqlı, hərtərəfli çıxışlar edib və onlara öz tövsiyələrini veriblər. İkinci mərhələdə isə bu layihənin sonrakı mərhələsi daha geniş formatda baş tutdu. Belə ki, aşağı seçki komissiyalarının, məntəqə seçki komissiyalarının sədləri və dairə seçki komissiyalarının üzvləri bu mərhələdə seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslara cəlb olundular. Həmin kurslar zamanı onlara nəzəri baxımdan seçkilərlə bağlı hərtərəfli məlumat verilir.

Bu istiqamətdə digər layihələrimiz beynəlxalq təşkilatlarla birgə həyata keçirilir. Belə ki, Avropa İttifaqının Bakıdakı nümayəndəliyi ilə hələ avqust və sentyabr aylarında bəzi layihələr təşkil olunub. Bu layihələr regional səviyyədə həyata keçirilən layihələr olub. Burada da çalışmışıq ki, bütün dairə seçki komissiyalarının təmsilçilərinin iştirakını təmin edək. Birinci mərhələdə ilkin olaraq aşağı seçki komissiyalarının təmsilçiləri üçün namizədlərin qeydiyyatı prosedurunun daha da gücləndirilməsi mövzusunda beynəlxalq mütəxəssislərin iştirakı ilə genişmiqyaslı bir layihə həyata keçirildi. Bakı, Şirvan, Gəncə və Şəkidə təşkil olunan tədbirlərdə ölkə üzrə 125 seçki dairəsi dairə seçki komissiyalarının təmsilçiləri iştirak etdilər və nəzərdə tutulan mövzularla bağlı ətraflı şəkildə məlumatlandırılıb hərtərəfli informasiya əldə etdilər. Bunun da çox müsbət təsirinin olduğunu artıq hiss edirik. Bundan başqa, bildiyiniz kimi, bizim dairə seçki komissiyaları yanında fəaliyyət göstərən ekspert qrupları mövcuddur. Həmin ekspert qrupları dairə seçki komissiyalarına daxil olmuş şikayət və müraciətlərə baxır və müvafiq qərar qəbul etmək üçün materiallar toplayıb dairə seçki komissiyalarına təqdim edirlər. İkinci layihə isə əsasən məhz bu ekspert qrupu üzvlərinin peşəkarlıq səviyyəsinin daha da artırılması, onların işinin təkmilləşdirilməsi məqsədilə həyata keçirildi. Bu layihə də regional formatda həyata keçirildi və hər bir dairədən ekspert qrupunun üç üzvü həmin prosesdə iştirak etdi.

Mərkəzi Seçki Komissiyası şikayət və müraciətlərə baxılması ilə bağlı bu il ərzində bir neçə tədbir keçirib. Bu treninq layihəsi də həmin proqramın tərkib hissəsidir. Maarifləndirmə tədbirlərimizdən danışarkən onu da qeyd etməliyəm ki, dairə seçki komissiyalarının kompyuter mütəxəssisləri üçün nəzərdə tutulan treninqlər də keçirildi. Belə ki, treninqlər zamanı dairə seçki komissiyalarında fəaliyyət göstərən informasiya texnologiyaları üzrə mütəxəssislər MSK-ya dəvət olundular və onlara müxtəlif bilik və bacarıqlar aşılandı. Bu da bizim mühüm əhəmiyyət verdiyimiz sahələrdəndir.

-Hər seçkilərdə MSK müəyyən yeniliklər həyata keçirir. Bu il Milli Məclisə keçiriləcək seçkilərdə hansı yeniliklərin tətbiqi gözlənilir?

-Əlbəttə, MSK Azərbaycanda seçki praktikasının təkmilləşdirilməsi istiqamətində müxtəlif irimiqyaslı layihələr həyat keçirməklə yanaşı, hər zaman digər ölkələrin təcrübələrini də öyrənir. Əgər orada hələ də bizə nümunə ola biləcək və bizim həyata keçirmədiyimiz hansısa elementlər, layihələr görürüksə biz onları tətbiq etməyə çalışırıq. Əlbəttə, əvvəlcə bu təcrübə ətraflı şəkildə öyrənilir. Mərkəzi Seçki Komissiyası özünün seçki dairələri ilə ani məlumat mübadiləsini təmin edən şəbəkəsinin proqram təminatını daha da təkmilləşdirib. Bu proqram təminatı vasitəsilə biz məlumatları asanlıqla, operativ toplayaraq ictimaiyyətə geniş məlumat vermək imkanına malikik. Hazırda bu sistemin daha da təkmilləşdirilməsi istiqamətində işlər davam etdirilir.

MSK istənilən məsələdə hər bir seçkinin əvvəlkilərdən daha yaxşı olması üçün əlindən gələn bütün işləri görür. Biz bunun da nəticəsini görürük. Bütün bu yeniliklərin tətbiqində əsas məqsəd də odur ki, seçkilər Azərbaycan xalqı, seçicisi tərəfindən müsbət qəbul olunsun, açıq, şəffaf, ədalətli keçirilsin. Bunun da təmin olunması üçün MSK bütün addımları atır.

-Seçkilərdə şəffaflığın təmini istiqamətində hansı işlərin görülməsi nəzərdə tutulur?

-Bildiyiniz kimi, Azərbaycan Respublikasında hər zaman şəffaflıq baxımından bir çox ölkələr üçün nümunə olacaq seçkilər keçirilib. Seçkilərin keçirilməsində ən mühüm amil seçki prosesinin seçicilər üçün şəffaf olmasıdır. Bunun üçün Mərkəzi Seçki Komissiyası əlindən gələni edir. Şəffaflığın təmin olunmasında qəbul olunmuş meyarlardan biri də müşahidəçilərlə bağlı məsələdir. Ölkəmizdə keçirilən bütün seçkilərdə on minlərlə müşahidəçi iştirak edir. Son illərdə bu rəqəm təxminən 50 min təşkil edir. Seçki komissiyaları hər zaman müşahidəçilərin istər akkreditasiyası məsələlərinin, istərsə də onların fəaliyyətinin sakit, rəvan və şəffaf təmin olunması istiqamətində bütün işləri görür.

Şəffaflığın təmin olunması istiqamətində atılan ən mühüm addımlardan biri də 2008-ci ildən bəri Azərbaycanda keçirilən bütün seçkilərdə tətbiq olunan veb-kameralardan istifadə təcrübəsidir. Araşdırmalarımıza görə, veb-kameralar bu formatda ilk dəfə olaraq məhz Azərbaycanda tətbiq olunur. Dünyanın istənilən nöqtəsindən internetə çıxışı olan şəxs bizim internet səhifəmizə daxil olmaqla səsvermənin gedişini canlı izləyə bilər. Bəzən bunun statistikasına baxanda ölkə xaricindən seçki prosesini izləyənlərin sayı heç də ölkə daxilindəkilərdən az olmur. Bu veb-kamera təcrübəsi hazırda Mərkəzi Seçki Komissiyası tərəfindən nəzərdən keçirilir. Yəqin ki, yaxın günlərdə MSK-nın bununla bağlı müvafiq qərarı olacaq ki, veb-kameraların bu seçkilərdə hansı formada təşkil olunacağı öz əksini tapacaq. Veb-kameraların quraşdırılması zamanı bütün ölkənin, hər bir dairənin ərazisinin əhatə olunması nəzərə alınır. Əlbəttə ki, seçki məntəqələrində veb-kameraların quraşdırılması seçkilərdə şəffaflığın təmin olunması üçün mövcud meyarlardan biridir.

-Namizədlərin qeydiyyatı məsələsi hazırda hansı mərhələdədir?

-Namizədlərin qeydiyyatı prosesi hazırda davam edir. Artıq namizədlik üçün müraciət edən vətəndaşların sayı 1170 nəfərdir. Bu şəxslərdən 525-nin namizədliyi siyasi partiyalar tərəfindən irəli sürülüb. Ümumilikdə, seçkilərə 25 siyasi partiyanın təmsilçiləri maraq göstərib. Bundan başqa, siyasi partiyalar bloku tərəfindən irəli sürülən namizədlərin sayı 52-dir. Müraciət edənlərdən 3-nün namizədliyi təşəbbüs qrupları tərəfindən irəli sürülüb. Digərləri isə öz təşəbbüsləri ilə namizədliklərini irəli sürüblər. Artıq irəli sürülən namizədliklərin 1014-ü təsdiq edilib. Onlardan 881-i imza vərəqələrini alıb, 176 nəfər isə imza vərəqələrini artıq qaytarıb. Bildiyiniz kimi, Azərbaycan Respublikası Seçki Məcəlləsinin tələbinə əsasən namizədliklər təsdiq olunduqdan sonra namizədlər müəyyən sənədləri və toplanmış imzaları dairə seçki komissiyalarına təqdim etməlidir ki, onların namizədliyi qeydiyyatdan keçsin. Hazırda bu proses rəvan şəkildə gedir və artıq deputatlığa 46 nəfərin namizədliyi qeydə alınıb. İndiyədək bu məsələ ilə bağlı nəzərəçarpacaq bir müraciət daxil olmayıb.

Əsəd Məmmədov

AZƏRTAC-ın müxbiri

Rövzət Qasımov: Seçkilərin keçirilməsində ən mühüm amil seçki prosesinin seçicilər üçün şəffaf olmasıdır VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Deputat: Rusiya sülhməramlılarının Azərbaycandan çıxarılması yeni mərhələ deməkdir

Şirvan elektrik şəbəkəsi yenidən qurulur

Qərbi Azərbaycanın iqtisadi inkişaf potensialı: retrospektiv təhlil və gələcəyə baxış - AzMİU-da konfrans

AZƏRBAYCANIN GƏNC MUSİQİÇİLƏRİ
Kənan Bağırov

Dövlət Xidməti Şamaxıda maarifləndirici tədbir keçirib

Parlamentdə Hesablama Palatasının 2023-cü ildə fəaliyyəti ilə bağı hesabatı müzakirə olunur

AFR-in vitse-kansleri saat yarım Kiyevdə bomba sığınacağında qalıb

Səməd Seyidov: Türk dövlətləri arasında münasibətlər intensivləşməkdəddir

Yevlaxda genişzolaqlı internetə çıxış 71 faiz təşkil edir

ABŞ Fələstinin BMT-yə tamhüquqlu üzv olmasını əngəlləyib

İsi Məlikzadə yaradıcılığı Almaniya elektron ədəbiyyat jurnalında

Premyer Liqada XXXI turun hakimləri bəlli olub

Türkiyə ordusu üçün daha 40 ədəd Hürkuş-B təlim təyyarəsi sifariş edilib

"Xəzər səması-2024" birgə taktiki təlimi keçirilib VİDEO

Famil Ağayev: Məşqçilik karyeramın ən böyük həyəcanını keçirdim

Azərbaycan ərazisində ekoloji streslərə davamlı bitki növlərinin artırılması – elmi seminar

TDT-yə üzv ölkələrin parlamentlərinin beynəlxalq münasibətlər üzrə komitələrinin Bakıda konfransı keçiriləcək

Üç ayda DSMF-də 69 mindən çox vətəndaş müraciəti cavablandırılıb

XRİTDX-nin nümayəndə heyəti Türkiyədə “Müdafiə və Havaçılık sahəsində” keçirilən tədbirdə iştirak edir

Keniyalı general helikopter qəzasında ölüb

Baş prokuror Ağdaşda vətəndaşları qəbul edəcək

Milli Məclis 14 məsələnin müzakirəsinə başlayıb

İsmayıllıda fəaliyyət göstərən bazarda nöqsanlar aşkarlanıb

Avstraliya öz vətəndaşlarını İsrail və Fələstini tərk etməyə çağırır

Beynəlxalq Muğam Mərkəzində “Sərhədsiz Puşkin” adlı konsert keçiriləcək

Azərbaycanda böyrək əməliyyatı icbari tibbi sığorta ilə qarşılanır

İsrail İrana raket zərbəsi endirdiyini təsdiqləyib

Rusiyanın hərbi təyyarəsi qəzaya uğrayıb

Azərbaycanın stolüstü tennisçisi beynəlxalq turnirdə bürünc medal qazanıb

“Fotolarda canlanan tarix” sərgisi başa çatıb

Dubayda qastronomiya festivalı açılır

Azərbaycan Premyer Liqası: XXXI tura Tovuzda start veriləcək

“Turan Tovuz” klubunun rəsmisi: Avropanı Tovuz şəhərinə gətirmək istəyirik

Azərbaycanın voleybol çempionatlarında final və üçüncülük oyunlarının tarixləri bəlli olub

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə test imtahanına qeydiyyat davam edir

Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb VİDEO

Dünya birjalarında neft bahalaşıb

Bu gün tanınmış şair Tofiq Bayramın anım günüdür

“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır

DİN: Ötən gün 5 tüfəng təhvil götürülüb

Yaşıl dünya naminə həmrəy Azərbaycan

® “AlatBay” Logistik Mərkəzi “Edge Advanced Green” sertifikatına layiq görülüb

Azərbaycan neftinin qiyməti 88 dollara enib

Polis 6 kiloqramdan çox narkotik vasitə aşkar edib

Xankəndidə silah-sursat aşkarlanıb

Axtarışda olan 80 nəfər saxlanılıb

Göyçayda vətəndaşlardan avtomat və tüfənglər götürülüb

Salyanda minik avtomobilləri toqquşub, yaralılar var

Qəbiristanlıqdan oğurluq edən keçmiş məhkumlar saxlanılıb

Azərbaycanla KAICIID-in gələcək əməkdaşlıq imkanları müzakirə olunub

Zərdabda sənədsiz silahlar aşkar edilib

Avropanın ən təhsilli xalqları Şimal zonasında yaşayır

Qubada yerin təkindən qanunsuz istifadə ilə bağlı tədbir keçirilib

ABŞ İsrailin İrana hücumu barədə məlumatlandırılıb

Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

Kürdə batan atanın meyiti tapılıb, 6 yaşlı qızı hələ də axtarılır VİDEO

Mali frankdan imtina etmək istəyir

Dubay aeroportu fəaliyyətini qismən bərpa edib

Fransanın daxili işlər naziri zorakılığa məruz qalıb

Pakistandan Əfqanıstana deportasiya edilmiş təxminən 250 min uşağın yardıma ehtiyacı var

Xınalıq – dağlar qoynunda bənzərsiz irs muzeyi

Yaşar Gülər: Tam müstəqil müdafiə sənayesi - günün tələbidir

Valideynlərini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Parisdə islamofobiya əleyhinə yürüşə icazə verilməyib

Avropa Liqasında bütün yarımfinalçılar müəyyənləşib

Konfrans Liqası: "Fənərbağça" yarımfinala vəsiqə qazana bilməyib

Konfrans Liqası: Yarımfinala vəsiqə qazanan üçüncü komanda bəlli olub

Avropa Liqası: Yarımfinala vəsiqə qazanan üç komanda bəlli olub

Səadət Kərimi: Hədəfim peşəkar tərcüməçi olmaq, Azərbaycan irsini tanıtmaqdır

AZAL Bakıdan Kəraçiyə ilk reysini həyata keçirib

Fərid Qayıbov ABŞ-da BMT-nin Gənclər Forumunda çıxış edib

Konfrans Liqası: "Aston Villa" penaltilər seriyasında "Lill"i məğlub edərək yarımfinala yüksəlib

Konfrans Liqası: "Fiorentina" yarımfinala vəsiqə qazanıb

Azərbaycan səfiri Prezident İlham Əliyevin məktubunu İsveç Baş Nazirinin Ofisinə təqdim edib

IRENA Assambleyasının 14-cü sessiyası işini panel sessiyaları ilə davam etdirir

Kopenhagendə yanan tarixi birjanın fasadı uçub

ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazisində səfərdə olub

Avropa Şurası Nazirlər Komitəsinin sədri: Azərbaycan nümayəndə heyəti tezliklə Parlament Assambleyasında öz layiqli yerinə qayıdacaq

Avropa İttifaqı İrana qarşı yeni sanksiyalar tətbiq edib

Türkiyədə baş verən zəlzələ nəticəsində bir neçə tikiliyə ciddi zərər dəyib

Rəsmi Parisin ölkəmizdəki səfirini geriyə çağırmasının əsas səbəbləri - ŞƏRH

“Tarixi abidələr uşaqların gözü ilə” – rəsm sərgisi

"Abşeron" "qızıl set"də "Murov Az Terminal"a qalib gələrək finala yüksəlib

Potsdam Universiteti: İqlim dəyişikliyi qlobal iqtisadiyyatı təhdid edir

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Albaniyada ali səviyyəli toplantısı keçiriləcək

Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunmuş rəsm sərgisi açılıb

Türkiyədə zəlzələ olub

“Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunda abidələr və tarixi yerlər günü qeyd olunub - FOTO

Yeni Kaledoniya Konqresinin nümayəndə heyətinin ölkəmizə səfərinin yekunlarına dair mətbuat konfransı təşkil olunub

Milli Məclisdə "Yeni Kaledoniya: Tarix, müasir çağırışlar və gözlənilən gələcək" mövzusunda elmi konfrans keçirilib  YENİLƏNİB

Azərbaycan Vəkillər Kollegiyasının sədri Tbilisidə keçirilən konfransda COP29-un beynəlxalq əhəmiyyətindən danışıb

İndoneziya hökuməti vulkan püskürməsindən sonra sunami ehtimalı barədə xəbərdarlıq edib

Politoloq: Fransa səfirinin geri çağırılması bu ölkədə diplomatiya səviyyəsinin aşağı düşməsinin əlamətidir – ŞƏRH

Yaxın Şərqin ən qədim mədəniyyət ocaqlarından biri – Naxçıvan

Böyük Britaniya və ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib

Qazaxıstanda sel səbəbindən 634 neft quyusunun istismarı dayandırılıb

SOCAR və “ACWA Power” şirkətləri “Aşağı karbonlu/ Yaşıl Gübrə” layihəsi çərçivəsində əməkdaşlıq edəcəklər

Gürcüstanda torpaq sürüşməsi baş verib

Milli Məclisin Aqrar siyasət komitəsində ictimai dinləmə keçirilib

MDB PA-nın iclasında model qanun yaradıcılığının perspektiv planına təkliflər nəzərdən keçirilib