MƏDƏNİYYƏT


“Roxette” musiqi qrupunun solisti Mari Fredriksson vəfat edib

Stokholm, 10 dekabr, Rauf Əliyev AZƏRTAC

İsveçdə, məşhur “Roxette” musiqi qrupunun solisti Mari Fredriksson vəfat edib.

AZƏRTAC İsveç KİV-lərinə istinadla xəbər verir ki, dünya səviyyəsində tanınmış musiqiçi və “Roxette” pop-rok qrupunun üzvü Mari Fredriksson dekabrın 10-da 61 yaşında dünyasını dəyişib.

Ona 2002-ci ildə beyin şişi diaqnozu qoyulub və həkimlərinin məsləhəti ilə o, 2016-cı ildə musiqi dünyasını tərk edib. Onun meneceri yerli jurnalistlərlə müsahibədə Fredrikssonun uzun müddət davam edən xərçənglə apardığı ağır mübarizə nəticəsində vəfat etdiyini bildirib.

Qeyd edək ki, Mari Fredriksson və Per Gessl 1986-cı ildə “Roxette” qrupunu yaradıblar və sonrakı fəaliyyətləri nəticəsində onlar "The Look”, “Listen to your heart”, "It must have been love" və “Joyride” kimi populyar mahnıların müəllifi olublar. “Roxette” qrupunun iki albomu satış nəticələrinə görə platinum statusunu alıb.

Rauf Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Stokholm

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.