DÜNYA


Rozma Masurun 23 milyon dollarlıq zinət əşyasını qanunsuz aldığı sübut olunub

Bakı, 13 aprel, AZƏRTAC

Malayziya polisi sabiq baş nazir Nəcib Rəzzakın həyat yoldaşı Rozma Mansurun çəhrayı brilyantlarla bəzədilmiş 23 milyon dollarlıq unikal boyunbağını 1MDB dövlət investisiya fondundan oğurlanan vəsaitlə aldığını sübut edib.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bunu polisin çirkli pulların yuyulması üzrə idarəsinin nümayəndəsi Xəlil Azlan deyib.

“Baş nazir Nəcib Rəzzakın iqamətgahında və mənzillərində axtarış zamanı həmin zinət əşyası tapılmasa da, boyunbağının Nyu-Yorkda satın alınmasına dair əlimizdə kifayət qədər sübut var”, - deyə hüquq-mühafizə orqanının nümayəndəsi bildirib. Onun sözlərinə görə, polis zinət əşyasının 1MDB fondunun vəsaiti hesabına alındığına əmindir.

Bir qədər əvvəl sabiq baş nazir boyunbağının həyat yoldaşına Əbu-Dabi şahzadəsi Məhəmməd bin Zaid Əl Nahayyan tərəfindən hədiyyə olunduğunu iddia edib.

Qeyd edək ki, bu həftə Rozma Mansura 1,2 milyon dollar həcmində rüşvət alması barədə yeni ittiham irəli sürüb. Yerli qanunvericiliyə əsasən, belə cinayətlərə görə 20 ilə qədər həbs cəzası verilir və zərərin beş misli həcmində cərimə kəsilir. Bundan öncə isə sabiq baş nazirin həyat yoldaşına çirkli pulların yuyulması və terrorun maliyyələşməsi ilə bağlı azı 17 epizod üzrə ittiham irəli sürülüb.

Nəcib Rəzzakın ev və mənzillərində aparılan axtarışlar zamanı külli miqdarda zinət əşyası, həmçinin bahalı dizayner çantaları aşkar edilib. Müsadirə olunan nağd pulların və bahalı əşyaların ümumi miqdarı təxminən 273,4 milyon dollar həcmində qiymətləndirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.