SİYASƏT


Rufiz Qonaqov: Azərbaycan Ordusunun gücü sayəsində düşmən kapitulyasiyaya imza atmağa məcbur edilib

Bakı, 26 iyun, AZƏRTAC

Bu gün Azərbaycan xalqı öz qalib Ordusunun bayramını qeyd edir. Artıq iki ildir ki, Silahlı Qüvvələrimiz öz ərazi bütövlüyünü bərpa edərək, Zəfəri əldə edib. Qürurverici haldır ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bizi qalib edən, əsası 1993-cü ildə ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş Silahlı Qüvvələrimiz var.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Mərkəzi Aparatının siyasi təhlil, maarifləndirmə və seçkilərlə əlaqədar iş şöbəsinin müdiri Rufiz Qonaqov söyləyib.

O qeyd edib ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə güclü dövlət quruculuğu, böyük maliyyə imkanları və iqtisadi potensial ölkəmizin hərbi qüdrətini artırdı. Hər il ayrılan böyük maliyyə vəsaiti, diqqət və qayğı Ordumuzu dünyanın ən güclüləri sırasına daxil etdi. 44 günlük Vətən müharibəsindəki Qələbə, eyni zamanda, ölkəmizin xarici və daxili siyasətinin bu illər ərzində düzgün olduğunu nümayiş etdirdi. Uğurlu diplomatik əlaqələr, ölkəmizdə dialoq mühitinin formalaşması, siyasi həmrəyliyin əldə edilməsi, Ordumuzun Zəfərini reallaşdırdı. Dövlətimizin başçısı Ali Baş Komandan olaraq, güclü sərkərdə kimi tarix yazdı. Prezident İlham Əliyevin güclü sərkərdə kimi nüfuzu bu gün dünyada və beynəlxalq təşkilatlarda daha da artmaqdadır.

Rufiz Qonaqov əlavə edib ki, Azərbaycan Ordusunun qüdrəti və gücü sayəsində düşmən kapitulyasiyaya imza atmağa məcbur edildi. Eyni zamanda, işğalçı Ermənistan ordusunun 70 faizdən artıq canlı qüvvəsi və hərbi texnikası məhv edildi. İşğalçı Ermənistanın uzun illər ərzində əldə etdiyi hərbi gücünü bərpa etmək imkanları belə qalmayıb. Rəşadətli Ordumuz göstərdi ki, bizimlə heç kəs, eləcə də Ermənistan və onun havadarları güc ilə danışa bilməz. “Dəmir yumruq” hər an onların başını əzməyə hazırdır. Bu gün də onlar əgər tez bir zamanda tamamilə məhv olmaq istəmirlərsə, sülh sazişinə imza atmalı və ölkəmizin ərazi bütövlüyünü tanımalıdırlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.