MƏDƏNİYYƏT


“Ruh, ruh” - “YARAT”da açılan növbəti sərgi belə adlanır

Bakı, 25 may, AZƏRTAC

“YARAT” emalatxanasında “Ruh, ruh” adlı studiya sərgisi açılıb.

AZƏRTAC xəbər verir ki, sərgidə rəssamlar Katya Verheul (Niderland), Ela Ştefanats (Xorvatiya), Aqil Abdullayev, Diana Hacıyeva və Çinarə Məcidovanın (Azərbaycan) əsərləri nümayiş edilir.

Araşdırma üçün təmin edilən məhdud resurslar, rəssamları daha kreativ, daha effektiv düşünməklə yanaşı, daha məhsuldar olmaq, daha çox problem həll etmək üçün yeni yolların tapılması istiqamətində daha çox enerji sərf etməyə məcbur edib.

Rəssamlar, öz mesajlarının əsas vasitələri kimi hərflər və sözləri irəli çəkərək, öz bədii ifadələrinin mexanizminə çevrilən bir bəyanatı irəli sürmək üçün, kreativ mətn üslubundan hərtərəfli istifadə ediblər. Rəssamlar bəzən dili büsbütün “yoxa çıxararaq” və diqqəti yazılmış sözün tək vizual tərcüməsinə yönəldərək, öz mətnlərini instalyasiya, videoəsərlər, fotoqrafiya, səs əsərləri və hətta video oyunlar kimi müxtəlif medialara transformasiya ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.