MƏDƏNİYYƏT


“Ruhumuzun rəngləri” adlı ustad dərsləri təşkil olunub

Bakı, 1 iyul, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Şağan qəsəbə Mədəniyyət Mərkəzinin təşkilatçılığı, Xəzər rayon Gənclər və İdman İdarəsinin dəstəyi ilə gənc rəssam Ümid Həsənlinin “Ruhumuzun rəngləri” adlı ustad dərsləri təşkil edilib.

İdarədən AZƏRTAC-a bildirilib ki, tədbirdə Şağan Mədəniyyət Mərkəzinin, Mərdəkan Mədəniyyət Sarayının və Nizami adına Mədəniyyət Mərkəzinin “Rəsm” dərnəklərinin üzvləri iştirak ediblər.

Rəssam Ümid Həsənli tədbir iştirakçılarına öz fəaliyyəti, əsərlərinin janrı, fərqliliyi və əsas ideyası haqqında məlumat verib. Həmçinin tədbir iştirakçılarına rəssamlıq sənətindən söhbət açılıb, onların bu sahəyə olan maraqları öyrənilib və malik olduqları biliklərə əsaslanan suallar əsasında şagirdlərlə interaktiv mükalimə qurulub.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.