DÜNYA


Rumıniya Avropa İttifaqını Moldovada böhrana son qoymağa çağırır

Buxarest, 14 iyun, AZƏRTAC

Rumıniya Prezident Administrasiyasının yaydığı məlumata əsasən, ölkə Prezidenti Klaus Yohannis Avropa İttifaqı rəhbərliyini Moldovada böhran vəziyyətə son qoymaq üçün konkret addımlar atmağa çağırıb. Bildirilir ki, Aİ-nin bu istiqamətdə fəaliyyəti danışıqlara əsaslanmalı, qurumun prinsipləri və dəyərləri üzərində qurulmalıdır. Eyni zamanda, qeyd olunur ki, Rumıniya Moldovanın Avropa yolunu dəstəkləməyə hər zaman hazırdır.

 

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Buxarest

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.