SİYASƏT


Rumıniya KİV-ləri Azərbaycan Ordusunun Qələbəsi barədə yazır

Buxarest, 11 noyabr, AZƏRTAC

Rumıniyanın aparıcı KİV-ləri, o cümlədən AGERPRES milli xəbər agentliyi, “MediaFax” özəl informasiya agentliyi, “DİGİ24” televiziya kanalı və digər media qurumları Azərbaycan Ordusunun zəfəri barədə məqalələr dərc ediblər.

AZƏRTAC xəbər verir ki, yazılarda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində müharibənin dayandırılması ilə əlaqədar birgə bəyanatı qeyd olunur.

Bildirilir ki, 10 noyabr 2020-ci il tarixində Moskva vaxtı ilə saat 00.00-dan etibarən Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması elan olunub.

Vurğulanır ki, Ermənistan bu il noyabrın 15-dək Kəlbəcər rayonunu, noyabrın 20-dək Ağdam rayonunu, dekabrın 1-dək isə Laçın rayonunu Azərbaycana qaytaracaq.

Yazılarda qeyd olunur ki, Dağlıq Qarabağla Ermənistan arasında əlaqə yaratmaq üçün 5 kilometr enində dəhliz olacaq və dəhlizə Rusiya sülhməramlı kontingenti nəzarət edəcək.

Türkiyə-Rusiya birgə atəşkəsə nəzarət mərkəzinin fəaliyyəti ilə bağlı da məlumat verilib.

 

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Buxarest

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.