DÜNYA


Rumıniya Milad və Yeni İl bayramlarında COVID məhdudiyyətlərini yüngülləşdirəcək

Buxarest, 8 dekabr, AZƏRTAC

Rumıniya hökuməti Yeni il və Milad bayramlarında COVID məhdudiyyətlərini yumşaltmağı planlaşdırır. Eyni zamanda, ölkə koronavirusun “omikron” ştamına görə giriş qaydalarını sərtləşdirmək niyyətindədir.

Buxarest hökuməti pandemiyanın dördüncü dalğasının ölkəyə ağır zərbə vurduqda tətbiq edilən məhdudiyyətlərin yumşaldılmasını müzakirə edir. Müzakirələrin nəticəsi olaraq Yeni il və Milad şənliklərinə icazə verilə bilər. Lakin ölkə “omikron” ştamına görə giriş qaydalarını da sərtləşdirməyi planlaşdırır. Belə ki, dekabrın 24, 25, 31 və yanvarın 1-də mağazalar və restoranlar saat 22:00 kimi işləyəcək, ticarət mərkəzlərinə giriş yalnız peyvənd sertifikatları deyil eyni zamanda neqativ PCR testi ilə də mümkün olacaq. Fövqəladə Hallar üzrə Milli Komitə hökumətin iclasında müzakirə olunacaq təklifləri verib. Hökumət, həmçinin yeni səyahət qaydalarını, xüsusən də peyvənd olunmamış, sağalmış və Aİ-nin qırmızı siyahısına düşmüş ölkələrdən gələn insanlar üçün məcburi karantin rejimini tətbiq etməyi nəzərdən keçirəcək.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Buxarest

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.