SİYASƏT


Rumıniya XİN-in başçısı bölgədəki vəziyyət barədə məlumatlandırılıb

Bakı, 1 dekabr, AZƏRTAC

Dekabrın 1-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Polşanın Lodz şəhərində keçirilən Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Xarici İşlər Nazirləri Şurasının 29-cu iclasında iştirakı çərçivəsində Rumıniyanın xarici işlər naziri Boqdan Auresku ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə Azərbaycan-Rumıniya ikitərəfli strateji tərəfdaşlığının prioritet istiqamətləri, energetika, nəqliyyat, tranzit, iqtisadi-ticarət və s. istiqamətlərdə, habelə çoxtərəfli platformalarda əməkdaşlıq məsələləri ətraflı müzakirə edilib. Ölkələrimiz arasında artan yüksək səviyyəli səfərlər və siyasi dialoqdan məmnunluq ifadə olunub.

Nazir Ceyhun Bayramov, həmkarına postmünaqişə dövründə bölgədə cari vəziyyət, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesi, habelə sülh sazişinin hazırlanması istiqamətində Azərbaycan tərəfindən atılan addımlar barədə məlumat verib. Nazir, mövcud mina təhlükəsini, bunun yaratdığı ciddi humanitar fəsadları diqqətə çatdırıb.

Nazir Auresku bu il Azərbaycan və Rumıniya arasında strateji tərəfdaşlığın böyük əhəmiyyət kəsb etdiyini, energetika və enerji təhlükəsizliyi sahəsində praktiki əməkdaşlığın daha da inkişaf etməsinin vacib olduğunu qeyd edib.

Görüşdə, eyni zamanda qarşılıqlı maraq doğuran digər məsələlər və regional təhlükəsizlik vəziyyəti müzakirə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.