Rumıniya, Xorvatiya və Bolqarıstan mətbuatı IX Qlobal Bakı Forumu barədə məqalələr yayımlayıb
AzerTAg.az
Buxarest, 18 iyun, AZƏRTAC
Rumıniyanın, Xorvatiyanın və Bolqarıstanın qabaqcıl KİV-ləri Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Qlobal dünya nizamına təhdidlər” mövzusunda keçirilən IX Qlobal Bakı Forumu və tədbirdə dövlətimizin başçısının söylədiyi nitqində verdiyi mesajları geniş işıqlandırıb.
AZƏRTAC xəbər verir ki, xarici KİV-də dərc olunan çoxsaylı materiallarda Forumun əhəmiyyəti vurğulanır. News24hours xəbər portalı, Bnr.bg, Fakti.bg, News.bg, Stjepanmesic.hr və digər mətbuat orqanlarında Forumun hazırda dünyanı narahat edən problemlərin həlli yollarının müzakirəsi baxımından böyük əhəmiyyət daşıdığı qeyd edilir. Diqqətə çatdırılıb ki, Forumda, həmçinin Azərbaycan Prezidenti tərəfindən Ermənistana mühüm mesajlar verilib.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Buxarest





Xəbərin mətnində orfoqrafik səhv var