DÜNYA


Rumıniya Xuan Quaydonu Venesuelanın müvəqqəti prezidenti kimi tanıyıb

Buxarest, 8 fevral, AZƏRTAC

Rumıniyanın Prezidenti Klaus Yohannis Venesuela parlamentinin sədri Xuan Quaydonu ölkənin müvəqqəti prezidenti kimi tanıyıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Rumıniya Prezidentinin mətbuat xidməti bəyanat yayıb. Prezident administrasiyasının məlumatına əsasən, K.Yohannis vəziyyəti dərindən analiz edərək, Rumıniyanın vacib tərəfdaşları, Avropa İttifaqı ölkələrinin Xuan Quaydonun prezident kimi tanımasını da nəzərə alaraq bu qərarı qəbul edib.

Qeyd edək ki, Avropa İttifaqının üzv ölkələrinin çoxu Xuan Quaydonu Venesuelanın müvəqqəti prezidenti kimi tanıyıb.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Buxarest

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.