DÜNYA


Rumıniya daimi işlə təmin olunanların sayına görə Avropa İttifaqında ilk sıralardadır

Buxarest, 14 fevral, AZƏRTAC

Avropa Statistika İnstitutunun məlumatına əsasən Rumıniya, Böyük Britaniya, Çexiya və Almaniya Avropa İttifaqında (Aİ) daimi işlə təmin olunanların sayına görə ilk sıralardadır.

AZƏRTAC xəbər verir ki, institut 3 aylıq əmək müqavilələrini araşdırarkən bu qənaətə gəlib. Məlum olub ki, Aİ-də 2,3 faiz işçilər qısa müddətli müqavilələr əsasında işləyib. Rumıniya, Böyük Britaniya, Çexiya və Almaniya müqavilələrin uzunmüddətli və stabil olduğuna görə birinci yerləri bölüşür. Xorvatiya, Fransa, İspaniya, Polşa və Sloveniya isə qısamüddətli perspektivdə əmək müqavilələri bağlayan ölkələr sırasındadır.

Araşdırma göstərib ki, qısamüddətli müqavilələr əsasən kənd və meşə təsərrüfatlarında, eləcə də balıqçılıqda daha çox istifadə olunur.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Buxarest

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.