İQTİSADİYYAT


Rumıniya gələcəkdə Cənub Qaz Dəhlizinin bir hissəsi olmaqda maraqlıdır

Bakı, 19 fevral, AZƏRTAC

Rumıniyanın Cənub Qaz Dəhlizinə qoşulması perspektivləri müzakirə edilib.

Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, Rumıniyanın Energetika Nazirliyinin dövlət katibi Lulian Robert Tudorake, “Transgaz” və “Romgaz” şirkətlərinin təmsilçilərindən ibarət nümayəndə heyəti nazirlikdə olub.

Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin toplantısında artıq ikinci dəfə iştirak etdiyini deyən L.Tudorake ölkəsinin layihəyə dəstəyini diqqətə çatdırıb. O, Cənub Qaz Dəhlizinin gələcəkdə Mərkəzi Avropaya qədər genişləndirilməsində Bolqarıstan-Rumıniya interkonnektoru və BRUA layihəsinin mühüm rol oynayacağını bildirib. O deyib ki, Rumıniya bu layihələrlə gələcəkdə Cənub Qaz Dəhlizinin bir hissəsi olmaqda maraqlıdır.

Energetika naziri Pərviz Şahbazov Rumıniyanın bu mövqeyini yüksək qiymətləndirib, Cənub Qaz Dəhlizinin gələcəkdə ötürücülük qabiliyyətinin artırılması hesabına genişlənmək perspektivlərindən danışıb. Nazir deyib ki, Azərbaycanın həyata keçirdiyi bu layihə dəhlizdir. Bu isə gələcəkdə istehsalçı, istehlakçı və tranzit ölkələrin şaxələnməsinə imkan yaradır.

Söhbət zamanı Azərbaycan və Rumıniya arasında strateji tərəfdaşlıq münasibətlərinin enerji sahəsində hər iki ölkənin maraqlarına xidmət edəcəyinə əminlik ifadə edilib.

Görüşdə, həmçinin Rumıniya enerji şirkətlərinin SOCAR-la əməkdaşlıq imkanları da müzakirə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.