SİYASƏT


Rumıniya ictimaiyyəti Ermənistanın sərhəddə təxribatı və pozuculuq fəaliyyəti barədə məlumatlandırılıb

Buxarest, 15 iyun, AZƏRTAC

Azərbaycanın Rumıniyadakı səfiri Hüseyn Nəcəfov bu ölkənin Peşəkar Jurnalistlər İttifaqına müsahibə verib.

AZƏRTAC xəbər verir ki, müsahibədə Ermənistan və Azərbaycan arasında atəşin və bütün hərbi fəaliyyətlərin dayandırılmasını nəzərdə tutan üçtərəfli bəyanatın imzalanmasına baxmayaraq, Ermənistanın sərhəddə təxribat və pozuculuq fəaliyyətindən, həmçinin son dövrlərdə cərəyan edən hadisələr kontekstində, Azərbaycanın məhkəmə hüquq orqanları tərəfindən terrorçuluq, əsirlərə qarşı işgəncə, dövlət sərhəddinin qanunsuz keçilməsi, müharibə qanunlarını və adətlərini pozma və ölkəmizə qarşı digər müxtəlif növ cinayətlər törətməkdə təqsirli bilinən ermənilərlə bağlı hüquqi müstəvidə atılan addımlar barədə ətraflı məlumat verilib.

Səfir Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində hərəkət olan yolda çəkiliş qrupunun üzvlərini aparan nəqliyyat vasitəsinin tank əleyhinə minaya düşərək, iki jurnalistin, habelə bir dövlət qulluqçusunun həlak olduğunu, 4 nəfərin isə yaralandığını diqqətə çatdırıb. Bildirilib ki, minalanmış ərazilərin xəritələrinin təhvil verilməməsi, əksinə olaraq Azərbaycan ərazilərinə daxil olaraq, ərazidə yolların minalanmasına yönəlmiş təxribat törədilməsi həm hərbi, həm də mülki şəxslərin həyatı və təhlükəsizliyinə ciddi təhlükə yaratmaqda davam edir, beləliklə də bölgədə vəziyyətin gərginləşməsinə xidmət edir.

Müsahibə çərçivəsində, Azərbaycan tərəfindən döyüşə cəlb olunmuş terrorçu və muzdlu hərbçilər və Azərbaycan tərəfindən Ermənistanın dövlət sərhədlərinin pozulması kimi əsassız erməni iddiaları tutarlı cavablandırılıb, keçirilmiş əməliyyat nəticəsində saxlanılan 62 nəfərdən ibarət erməni terrorçu-diversant qrupuna dair məsələyə toxunulub, 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan tərəfindən humanitar sahədə atılmış addımlardan, erməni işğalının Azərbaycanın mədəni irsinə mənfi təsirindən, ölkəmiz tərəfindən regionda gərginliyin azaldılması istiqamətində fəaliyyətindən bəhs edilib və işğaldan azad olunmuş ərazilərimizdə başlanan yenidənqurma və bərpa işləri barədə ətraflı məlumat verilib.

 

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Buxarest

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.