İDMAN


Rumıniya mətbuatı Formula 1 Qran-Prisi barədə məlumatlar yaymaqda davam edir

Buxarest, 11 iyun, AZƏRTAC

Rumıniyanın idman xəbər portalları, o cümlədən “Agerpres” milli xəbər agentliyi, “Automarket” jurnalı, “Digi Sport” idman portalı, “Hotnews” və digərləri Bakıda keçirilən Formula 1 Azərbaycan Qran-Prisini diqqət mərkəzində saxlayır və yarışla bağlı xəbərlərə geniş yer ayırıb. Məqalələrdə bildirilib ki, Azərbaycan Qran-Prisinin ilk günündə Formula 1 pilotları birinci və ikinci sərbəst yürüşlərdə mübarizə aparıblar. Hər iki yürüşdə pilotlar 1 saat ərzində 6 kilometrlik Bakı trekində yarışıblar. Birinci sərbəst yürüşü “Red Bull Racing” komandasının pilotu Serxio Peres lider kimi tamamlayıb. “Ferrari”nin üzvü Şarl Lekler ikinci, “Red Bull Racing”in digər pilotu Maks Ferstappen isə üçüncü olub. İkinci sərbəst yürüşdə “Ferrari”nin pilotu Ş.Lekler birinci olub. “Red Bull Racing” komandasının üzvləri Serxio Peres və Maks Ferstappen ilk üçlükdə yer alıb. Yarışın gedişatı rumın oxucuları tərəfindən çox maraqla izlənilir.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Buxarest

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.