Rumıniya mətbuatı energetika naziri Virgil-Daniel Popeskunun Azərbaycana səfəri barədə məqalələr yayıb
AzerTAg.az
Buxarest, 25 iyun, AZƏRTAC
Rumıniyanın qabaqcıl KİV-i Rumıniyanın energetika naziri Virgil-Daniel Popeskunun Azərbaycana səfəri, Prezident İlham Əliyev ilə görüşü və Azərbaycan və Rumıniya Hökumətləri arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın 6-cı iclasında iştirakı barədə geniş məqalələr yayıblar. Qeyd olunub ki, Avropa İttifaqında Azərbaycanla ilk strateji tərəfdaşlıq quran ölkə Rumıniyadır. Azərbaycanla energetika sahəsində geniş əməkdaşlıq mövcuddur. Bildirilib ki, V.D.Popesku Rumıniyanın Azərbaycanla strateji tərəfdaşlığa əsaslanan dost münasibətlərinin daim inkişaf etməsindən məmnunluq ifadə edib. O, əlaqələrin dərinləşməsi üçün səylərin davam etdirildiyini vurğulayıb.



Xəbərin mətnində orfoqrafik səhv var