DÜNYA


Rumıniya “omikron” ştamı ilə əlaqədar ölkəyə giriş tələblərini sərtləşdirəcək

Buxarest, 6 dekabr, AZƏRTAC

Rumıniya koronavirusun “omikron” ştamının yaratdığı təhlükə ilə əlaqədar ölkəyə giriş tələblərini sərtləşdirmək niyyətindədir. Belə ki, Şenqen zonasından başqa ölkəyə daxil olan sərnişinlər koronavirusu aşkar edən PCR testini ölkəyə daxil olmamış 48 saat ərzində təqdim etməlidirlər. Yeni tələb peyvənd olunan vətəndaşlara da aiddir. Kimin peyvəndi və testi yoxdursa 10 gün karantində keçirməlidir. Yeni tələblərin dekabrın 20-də qüvvəyə minməsi gözlənilir. Rumıniya fövqəladə vəziyyətlə əlaqədar milli komitəsi hələ qərarı dəstəkləməyib.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Buxarest

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.