SİYASƏT


Rumıniya portalı Kəlbəcərin işğaldan azad olunmasından yazıb

Buxarest, 26 noyabr, AZƏRTAC

Rumıniyanın “News24hours” xəbər portalı Azərbaycan Prezidenti İlham Əliyevin Kəlbəcər rayonunun işğaldan azad olunması ilə bağlı xalqa müraciəti ilə bağlı informasiya yayıb.

AZƏRTAC xəbər verir ki, yazıda Kəlbəcər rayonunun erməni işğalçıları tərəfindən zəbt edilməsinin tarixindən danışılır, Azərbaycanın güclü ordusunun nümayiş etdirdiyi şücaət və peşəkarlıq sayəsində torpaqlarımızın işğaldan azad olunduğu bildirilir. Həmçinin məkrli düşmənin bu ərazilərdə törətdiyi vandalizm aktları, o cümlədən mədəni abidələrin dağıdıldığı, sərvətlərin mənimsənildiyi oxucuların diqqətinə çatdırılır.

Bildirilir ki, Azərbaycan dağılmış bütün infrastrukturu bərpa edərək, rayonu bölgənin turizm və kənd təsərrüfatı mərkəzinə çevirmək niyyətindədir.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Buxarest

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.