SİYASƏT


Rumıniya səfiri: Diplomatik nümayəndəliyə hücum qəbuledilməzdir

Rumıniya səfiri: Diplomatik nümayəndəliyə hücum qəbuledilməzdir

Buxarest, 28 yanvar, AZƏRTAC

Rumıniyanın Azərbaycandakı səfiri Vasile Soare İranda Azərbaycan səfirliyinə qarşı edilən hücumu pisləyib.

AZƏRTAC xəbər verir ki, diplomat səfirliyə silahlı basqını qınayaraq bildirib: “Hücum nəticəsində mühafizə rəisinin həyatını itirməsi və daha iki zabitin yaralanması bizi şoka salıb. Diplomatik nümayəndəliyə hücum qəbuledilməzdir və buna haqq qazandırmaq olmaz. Dərin kədərimizi bildirir, həlak olanın ailəsinə dərin hüznlə başsağlığı verir, xəsarət alanlara isə tezliklə şəfa diləyirik”.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Buxarest

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.