DÜNYA


Rumıniya və Bolqarıstan Avropa İttifaqında innovasiyaların artımı üzrə sonuncu yerdədir

Buxarest, 19 iyun, AZƏRTAC

Rumıniya və Bolqarıstan 2019-cu ildə Avropa İttifaqının (Aİ) innovasiya siyahısında sonuncu yerləri tutublar. Qeyd olunur ki, 2011-ci ildən etibarən Aİ-nin innovasiya inkişafı 8,8 faiz artıb .

AZƏRTAC xəbər verir ki, ən çox bu artım Litva, Yunanıstan, Latviya, Malta, Böyük Britaniya, Estoniya və Niderlandda qeyd olunub. İsveç 2019-cu ildə Avropada innovasiyalar üzrə liderdir. İkinci yerdə Finlandiya, Danimarka və Niderlanddır. Dünya miqyasında isə Avropa İttifaqı ilə yanaşı, ABŞ, Çin, Cənubi Koreya və Yaponiya bu istiqamətdə sürətlə irəliləyir.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbir

Buxarest

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.