İDMAN
Rumıniya və Bolqarıstan KİV-ləri Bakıda keçirilən Formula 1 yarışı barədə məlumatlar yayıb
Buxarest, 26 aprel, AZƏRTAC
Rumıniyanın və Bolqarıstanın KİV-ləri Bakıda keçirilən Formula 1 yarışı barədə məlumatlar yayıb.
AZƏRTAC xəbər verir ki, “Pitstops.ro”, “Automarket.ro” və digər xəbər portallarının məlumatlarında bildirilir ki, 10 komandadan 20 pilotun birincilik uğrunda mübarizə aparacağı yarış trekinin uzunluğu 6 kilometrdir.
Qeyd olunur ki, Bakı şəhər halqasında dünyanın ən məşhur pilotları – Lyuis Hemilton, Sebastyan Fettel, Valtteri Bottas və digərləri yarışacaqlar. Yarışın bir hissəsini əhatə edən İçərişəhərin paytaxtın müasir memarlıq abidələrini və Xəzərin sahilboyu hissəsini özündə birləşdirən ecazkar mənzərə olduğu diqqətə çatdırılır.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Buxarest