SİYASƏT


Rumıniya və Bolqarıstan KİV-lərində Azərbaycan Prezidentinin ADA Universitetindəki konfransda səsləndirdiyi fikirləri geniş işıqlandırılıb

Buxarest, 27 noyabr, AZƏRTAC

Rumıniyanın və Bolqarıstanın qabaqcıl kütləvi informasiya vasitələrində Azərbaycan Prezidenti İlham Əliyevin noyabrın 25-də Bakıda, ADA Universitetində “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda keçirilən beynəlxalq konfransda səsləndirdiyi dərin məzmunlu fikirlər geniş şəkildə işıqlandırılıb.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısının konfransda toxunduğu müxtəlif məqamlar “News24hours”, “Trud”, “Actualno”, “Standard”, “Fotograf.ro” və digər KİV-lərdə diqqət mərkəzində olub. Müxtəlif sərlövhələrlə dərc olunan məqalələrdə Prezident İlham Əliyevin fikirlərinə istinadla Zəngəzur dəhlizi, Azərbaycanın Avropa İttifaqı ilə tərəfdaş münasibətləri, 44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın sülh naminə göstərdiyi səylər, Fransanın erməniyönümlü, qərəzli mövqeyi və digər mövzulara yer ayrılıb.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Buxarest

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.