DÜNYA


Rumıniya yüksək epidemioloji riski olan ölkələrin siyahısını təzələyib

Buxarest, 24 aprel, AZƏRTAC

Rumıniyanın fövqəladə vəziyyətlə əlaqədar milli komitəsi yüksək koronavirus riski olan ölkələrin siyahısını təzələyib. Siyahı iki həftədən bir yenilənir. Bu siyahıda olan ölkələrdən gələn vətəndaşlar 72 saat ərzində edilən mənfi koronavirus testi təqdim etdikdə 10 gün, təqdim etmədikdə isə 14 gün karantində qalır. 72 saat ərzində edilən, mənfi koronavirus testi olan və ölkəni 3 gün ərzində tərk edən vətəndaşlar karantinə alınmır. Bundan əlavə 90 gün ərzində koronavirusa yoluxan və bu barədə sənəd təqdim edən vətəndaşlar da karantində saxlanılmır. Qeyd edək ki, yeni siyahıda uzun müddətdən sonra Azərbaycan da daxil edilib. Beləliklə, Azərbaycandan gələn vətəndaşlar yuxarıdakı qaydalara uyğun karantinə yerləşdiriləcəklər. Karantin qaydaları diplomatlara şamil olunmur.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Buxarest

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.