DÜNYA
Rumıniyada 5,3 bal gücündə zəlzələ olub
Bakı, 24 sentyabr, AZƏRTAC
Ötən gecə yerli vaxtla saat 2:11-də Rumıniyada maqnitudası 5,3 bal olan güclü zəlzələ baş verib.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, yeraltı təkanların episentri Vrança qəzasında yerin 88,4 kilometr dərinliyində yerləşib. Zəlzələ ölkənin bütün ərazisində, o cümlədən paytaxt Buxarestdə hiss olunub. Dağıntılar və tələfat barədə məlumat verilmir.
İlin əvvəlindən bəri Rumıniyada gücü 4 baldan yuxarı dörd zəlzələ qeydə alınıb. Onların hamısının episentri Vrança qəzasında yerləşib.
Zəlzələni Ukraynanın cənubunda - Odessada, İrpendə, Vinnitsada, Dneprdə, Mariupolda, hətta Kiyevdə də hiss ediblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [14:57]
ABŞ Gürcüstana 13 milyon dollarlıq hərbi-texniki yardım edib
- 24.04.2024 [14:48]
Peter Siyarto Azərbaycana səfərə yola düşüb
- 24.04.2024 [14:18]
“Nokia” Özbəkistanda 5G şəbəkələri quracaq
- 24.04.2024 [14:08]
“Taliban” İŞİD-ə qarşı mübarizə üçün xüsusi bölmə yaradacaq
- 24.04.2024 [13:55]
İspaniya Baş nazirinin həyat yoldaşına qarşı istintaq başlayıb
- 24.04.2024 [13:05]
İlon Mask Hindistanda avtomobil zavodu tikilməsini təxirə salıb
- 24.04.2024 [12:07]