DÜNYA


Rumıniyada Afrika donuz taunu yayılıb

Buxarest, 12 avqust, AZƏRTAC

Rumıniyanın Sibiu rayonunda Afrika donuz taunu (ASF) epidemiyası qeydə alınıb.

AZƏRTAC xəbər verir ki, bu barədə avqustun 12-də rəsmi məlumat verilib. İlkin məlumata görə, xəstəliyin mərkəzi beynəlxalq konsernə məxsus iri fermada aşkar olunub.

Bütün heyvanlar evtanaziya edilir.

Hadisənin baş verdiyi yerin ətrafında 10 kilometrlik zonada sanitar postlar qurulub.

Rumıniya qanunlarına görə, təsərrüfat sahibləri təzminat alacaqlar.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Buxarest

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.