CƏMİYYƏT
Rumıniyada Atatürkü anma, gənclik və idman bayramı qeyd olunub
Buxarest, 20 may, AZƏRTAC
Mayın 20-də Türkiyənin Rumıniyadakı səfirliyinin təşkilatçılığı ilə Atatürkü anma, gənclik və idman bayramı qeyd edilib. Bu münasibətlə təşkil olunan yürüş Türkiyənin Buxarestdəki səfirliyindən başlayıb və “Calea Dorobanti” prospekti üzrə davam edib.
Tədbirdə Rumıniyada fəaliyyət göstərən türk icmasının təmsilçiləri, iş adamları, cəmiyyət üzvləri, vətəndaşlar iştirak ediblər. Yürüşə türk vətəndaşları ilə bərabər Azərbaycan, Qazaxıstan və digər türkdilli dövlətlərin diplomatik nümayəndəliklərinin, diasporlarının təmsilçiləri, Rumıniyada təhsil alan tələbələr qoşulublar. Hər il böyük təntənə ilə keçən tədbir rumın ictimaiyyəti tərəfindən çox maraqla qarşılanıb.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Buxarest