DÜNYA


Rumıniyada COVID-19-a yoluxanların sayı 18500 nəfərə çatıb

Buxarest, 26 may, AZƏRTAC

Rumıniyada koronavirusa yoluxanların sayı 18500 nəfərə çatıb.

AZƏRTAC Rumıniya Səhiyyə Nazirliyinə istinadən xəbər verir ki, son 24 saat ərzində 146 yeni yoluxma hadisəsi baş verib.

Koronavirusdan ölənlərin sayı 1210 nəfərdir. 11874 nəfər sağalıb. İntensiv terapiyada 181 xəstə yerləşir. Rumıniya ərazisində 5 min 287 nəfər karantinə yerləşdirilib, 75 min 782 nəfər evdə təcrid olunub. 385 min 727 dəfə koronavirusu aşkar etmək üçün test həyata keçirilib.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Buxarest

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.