MƏDƏNİYYƏT
Rumıniyada Novruz bayramı münasibətilə konsert keçirilib
Buxarest, 26 mart, AZƏRTAC
Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) və Yunus Əmrə fondunun Konstansa şəhər bölməsinin birgə təşkilatçılığı ilə Novruz bayramı münasibətilə Rumıniyada konsert keçirilib.
Konstansa musiqi kollecində keçirilən TÜRKSOY-un xalq çalğı alətləri ansamblının konsertində şəhər bələdiyyəsinin əməkdaşları, incəsənət xadimləri, musiqiçilər və Konstansada yaşayan türkdilli ölkələrin diaspor nümayəndələri iştirak ediblər.
Konsertdə səslənən maraqlı ifalar tamaşaçıların zövqünü oxşayıb.
TÜRKSOY-un Rumıniyada ikinci konserti martın 27-də Buxarest şəhərindəki Milli Operada keçiriləcək.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Buxarest
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.04.2024 [12:08]
Elşən Qaraca “QGallery”də “Cəsur ürək” sərgisinin təqdim edir
- 18.04.2024 [11:35]
Gənc Tamaşaçılar Teatrı may repertuarını təqdim edib
- 18.04.2024 [11:06]
İspaniyada Azərbaycan mədəniyyəti təbliğ olunacaq
- 18.04.2024 [11:00]
Mədəniyyət nazirinin İmişlidə vətəndaş qəbulunun tarixi dəyişdirilib
- 18.04.2024 [08:00]
18 Aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günüdür
- 17.04.2024 [21:22]
Opera və Balet Teatrı İtaliyada milli klassik baletimizlə çıxış edəcək
- 17.04.2024 [17:53]