DÜNYA


Rumıniyada “Platinium Eagle” təlimlərində 300 hərbçi iştirak edir

Buxarest, 12 sentyabr, AZƏRTAC

Rumıniyada “Platinium Eagle” adı altında hərbi təlimlər keçirilir. Təlimlər Babadaq poliqonunda baş tutub. Bolqarıstan, Moldova, Gürcüstan, Ukrayna və ABŞ hərbiçiləri sülhün dəstəklənməsi səviyyəsinin artırılması əməliyyatında iştirak edirlər.

Təlimə qatılan 300 hərbçi atəş, ilkin tibbi yardım, fəaliyyətin idarə olunması kimi əməliyyatlarda bacarıqlarını artırırlar. Sentyabrın 20-dək davam edəcək təlimlər “Black Sea Rotational Force-2019” adlı ümumi hərbi təlimlərin bir hissəsidir.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Buxarest

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.