DÜNYA


Rumıniyada Statistika İnstitutunun işçiləri kütləvi tətilə başlayıblar

Buxarest, 5 oktyabr, AZƏRTAC

Rumıniya Milli Statistika İnstitutunun (INS) yüzlərlə əməkdaşı maaşların artırılması və iş şəraitinin yaxşılaşdırılması tələbi ilə Buxarestin mərkəzinə toplaşıblar.

AZƏRTAC xəbər verir ki, fəallar hökumət və parlament binalarının yaxınlığında üzərində “Biz sağ qalmaq deyil, yaşamaq istəyirik!” sözləri yazılmış plakatlar açıblar.

Qeyd edək ki, bir müddət əvvəl Rumıniyanın Baş naziri Nikolae Çuka ölkədə dövlət sektoru işçilərinin əlavə sosial təminatı məsələsinə baxılmasının vacibliyini bildirib.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Buxarest

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.