DÜNYA


Rumıniyada antikorrupsiya referendumu keçirilir

Buxarest, 26 may, AZƏRTAC 

Rumıniyada Avropa parlamentinə seçkilərlə eyni gündə antikorrupsiya referendumu keçirilir. Rumıniya vətəndaşları “Siz korrupsiya cinayətlərinə görə amnistiyanın qadağa olunması ilə razısınızmı” və “Hökumətin müstəqil olaraq cinayət, cəza və məhkəmə prosesinin təşkili ilə bağlı qərarlarına qadağa qoymaq və Konstitusiya məhkəməsinə hökumətin qərarını ləğv edilməsi səlahiyyətinin verilməsi ilə razısınızmı” suallarına cavab verməlidirlər.

İqtidar və müxalifət partiyaları arasında antikorrupsiya mübarizəsi ilə bağlı fikir ayrılığına son qoyacaq. Referendumun təşəbbüskarı Rumıniya Prezidenti Klaus Yohannisdir.

 

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Buxarest

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.