DÜNYA


Rumıniyada bir gündə 196 nəfər COVID-19-a yoluxub

Buxarest, 5 iyun, AZƏRTAC

Rumıniyada koronavirusa yoluxanların sayı 20 min 103 nəfərə çatıb. AZƏRTAC Rumıniya Səhiyyə Nazirliyinə istinadən xəbər verir ki, son 24 saat ərzində 196 yeni yoluxma hadisəsi baş verib. Koronavirusdan ölənlərin sayı 1308 nəfərdir. Xəstəlikdən 14 min 145 nəfər sağalıb. İntensiv terapiyada 152 xəstə yerləşir, habelə 2395 nəfər karantindədir. Bundan başqa, 95 min 847 nəfər evində təcrid olunub. Ölkə üzrə 484 min 782 test həyata keçirilib.

Xatırladaq ki, Rumıniyada fövqəladə vəziyyət mayın 15-dən ləğv olunub. İyunun 1-dən isə restoranların açıq havada olan hissələrinin, çimərliklərin, açıq hava teatrlarının fəaliyyəti bərpa olunub.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Buxarest

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.