DÜNYA


Rumıniyada dərmanların ədədlə satışı qadağan olunub

Buxarest, 10 fevral, AZƏRTAC

Rumıniyada dərmanların ədədlə satışına qadağa qoyulub.

AZƏRTAC xəbər verir ki, bununla bağlı Avropa İttifaqı yeni qaydalar qəbul edib.

Fevralın 10-dan başlayaraq yeni Avropa direktivi, qaydası əczaçıların xəstələrə yalnız qutu şəklində dərmanların satışına icazə verir. Yeni qayda Avropa İttifaqına üzv ölkələrdə dərmanların saxta olub-olmadığını yoxlamaq məqsədi daşıyır.

Bu qərar Rumıniyada yaşayan kasıb insanlara çox mənfi təsir göstərəcək. Onlar artıq aptekdən bir və ya iki həb dərman ala bilməyəcəklər.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Buxarest

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.