DÜNYA
Rumıniyada dünyanın ən güclü lazeri yaradılıb
Buxarest, 16 mart, AZƏRTAC
Rumıniya alimləri beynəlxalq mütəxəssislər qrupu ilə birgə dünyada ən güclü lazer yaradıblar.
AZƏRTAC xəbər verir ki, son təcrübələr zamanı 10,88 petavatt güc əldə etmək mümkün olub.
Qeyd edək ki, günəş şüasının yer üzünə çatan şuası 174 petavatta bərabərdir.
Lazer qurğusu Rumıniyanın paytaxtı Buxarestin ətrafında Maqurele rayonunda Xoriya Xulubey adına Nüvə fizikası və mühəndisliyi elmi-araşdırma mərkəzində yerləşir. Lazer qurğusunun yığılması Maqureledə hələ 2016-cı ilin sentyabr ayından başlayıb. Bu, Avropanın “Extreme Light Infrastructure – Nuclear Physics” adlı layihəsidir və ümumi dəyəri 356,2 milyon avroya bərabərdir. Bu məbləğin 311 milyonu Avropa fondlarının payına düşür.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Buxarest
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2024 [21:30]
Gürcüstan hakimiyyəti Avropa Parlamentinin qətnaməsini sərt tənqid edib
- 25.04.2024 [20:29]
Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq edib
- 25.04.2024 [20:16]
Gürcüstan müxalifəti yeni mitinq elan edib
- 25.04.2024 [19:04]
Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb
- 25.04.2024 [18:04]
Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb
- 25.04.2024 [17:57]