İDMAN


Rumıniyada futbolçu matç zamanı huşunu itirib

Bakı, 3 noyabr, AZƏRTAC

Futbol üzrə Rumıniya çempionatının 14-cü turu çərçivəsində “Politexnik” və “Universitatya” klubları arasında matç zamanı meydana təcili yardım maşınının gəlməsinə səbəb olan insident baş verib.

AZƏRTAC xəbər verir ki, görüşün 10-cu dəqiqəsində meydan sahibinin yarımmüdafiəçisi Laurentsiu Rus top uğrunda mübarizədə əli ilə qonaqların yarımmüdafiəçisi Valentinu Mixeyleni boynundan vurub. “Universitatya”nın oyunçusu dərhal huşsuz vəziyyətdə qazona yıxılıb. Hakim Rusa qırmızı vərəqə göstərib. Mixeyle stadionun qaçış cığırında dayanan təcili yardım maşınında birbaşa xəstəxanaya çatdırılıb.

“Universitatya” klubunun rəsmi saytında verilən məlumata görə, Mixeyle özünə gəlib və onun sağlamlığına heç bir təhlükə yoxdur.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.