DÜNYA


Rumıniyada inşa olunacaq xəstəxanada il ərzində doqquz mindən çox onkoloji əməliyyat həyata keçiriləcək

Buxarest, 8 mart, AZƏRTAC

Rumıniyada fəaliyyət göstərən qeyri-hökumət təşkilatı “Daruieste Viata” (Həyat bəxş et) ölkədə ilk uşaq onkologiya xəstəxanasının inşası üçün “OMV Petrom Sa” neft- qaz şirkətindən 10 milyon avro, “Mastercard” maliyyə xidməti Rumıniyadan isə 1 milyon avro məbləğində ianə yığıb.

AZƏRTAC xəbər verir ki, “Mastercard” maliyyə xidməti müştərilərinə bu layihəni dəstəkləmək üçün müraciət edərək “Daruieste Viata” ilə bundan sonra da əməkdaşlıq edəcək. 

Qeyd edək ki, hazırda inşasına başlanılan və hər il 300 nəfər uşağın müalicə ala biləcəyi xəstəxanada 9 min 600-dək onkoloji və qeyri-onkoloji əməliyyatlar həyata keçiriləcək.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Buxarest

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.