DÜNYA


Rumıniyada keçiriləcək prezident seçkilərində öndə olan namizədlər barədə sorğu aparılıb

Buxarest, 24 avqust, AZƏRTAC

Rumıniyada keçiriləcək prezident seçkilərində öndə olan namizədlərin səs faizləri müqayisə edilib.

AZƏRTAC xəbər verir ki, İMAS sorğu mərkəzinin məlumatına əsasən, milli-liberal partiyasının namizədinə - ikinci müddətə namizədliyini irəli sürən Rumıniyanın hazırkı Prezidenti Klaus Yohannisə seçicilərin 41,7 faizi səs verəcək. Hakim Sosial-Demokrat partiyasının namizədi, hazırkı Baş Nazir Viorika Dançila da namizədliyini irəli sürüb. Sorğuya əsasən seçicilərin yalnız 7,5 faizi xanım V.Dançilanı dəstəkləyəcək. Liberal Demokrat Alyansından namizəd, ölkə Senatının rəhbəri Kalin Popesku Tariçanu isə 13,8 faiz səs yığa bilər.

Qeyd edək ki, Rumıniyada prezident seçkiləri noyabrın 10-da keçiriləcək. Əgər namizədlərin heç biri 51 faiz səs toplamasa, seçkilərin ikinci turu noyabrın 24-də baş tutacaq.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Buxarest

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.