DÜNYA


Rumıniyada koronavirusa qarşı peyvəndin yeni mərhələsinə start verilib

Buxarest, 12 may, AZƏRTAC

Rumıniya hökuməti COVID-19-a qarşı kütləvi vaksinasiyanın növbəti mərhələsinin başlandığını elan edib.

AZƏRTAC xəbər verir ki, peyvəndin 4-cü dozası 18 yaşdan yuxarı Rumıniya vətəndaşları üçün nəzərdə tutulur.

Rumıniya Səhiyyə Nazirliyindən verilən açıqlamaya görə, peyvəndin dördüncü dozası xüsusilə 60 yaşdan yuxarı insanlara tövsiyə olunur.

Qeyd edək ki, rəsmi Buxarest ölkədə əsas karantin məhdudiyyətlərini tamamilə aradan qaldırıb.

 

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Buxarest

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.