DÜNYA


Rumıniyada koronavirusa yoluxanların sayı 124 min nəfərə yaxınlaşıb

Buxarest, 28 sentyabr, AZƏRTAC

Rumıniyada koronavirusa yoluxanların sayı 123 min 944 nəfərə çatıb. AZƏRTAC Rumıniyanın Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, son 24 saat ərzində 1271 yeni yoluxma hadisəsi baş verib. Koronavirusdan ölənlərin sayı 4748 nəfərdir, 99 min 344 nəfər sağalıb. İntensiv terapiyada 554 nəfər yerləşir.

Qeyd edək ki, Rumıniya hökuməti pandemiya ilə əlaqədar vətəndaşları diqqətli olmağa, sanitar normalara riayət etməyə çağırır.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Buxarest

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.